Polis məmuru və ailəsinin olduğu avtomobilin qabağını kəsdilər

Bitlis-Diyarbakır yolunun Buzlupınar hissəsində yol kəsən PKK terrorçuları bəzi avtomobilləri dayandırıblar.

Bitlis-Diyarbakır yolunun Buzlupınar hissəsində yol kəsən PKK terrorçuları bəzi avtomobilləri dayandırıblar.

Türkiyə KİV-i xəbər verir ki, bu zaman Qaziantəpdən Vanın Çatak mahalına təyin olunan polis məmuru M.D., həyat yoldaşı və uşağının da içərisində olduğu avtomobil ilə yeni vəzifəsini icra etmək üçün yol gedərkən terrorçuların yol kəsdiyini hiss edib. Bu an ərazidən uzaqlaşmağa çalışan M.D.-nin idarə etdiyi avtomobil terrorçular tərəfindən atəşə tutulub. Hadisə zamanı polis məmuru M.D. yaralanıb.

Yaralı polis Bitlis Dövlət Xəstəxanasına çatdırılıb. Terrorçuların saxlanılması istiqamətində təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31