Gündəm
Ağır işi necə asana çevirməli? - Bu fənd çox köməyiniz olacaq
Stenford Universitetindən bir qrup psixoloq müəyyən edib ki, insanlar öz əhvali-ruhiyyəsinə əsasən məşğuliyyət növü seçməyə meyillidirlər. İnsanların əhvalı yaxşı olanda onlar zəruri və o qədər də xoş olmayan işi daha həvəslə seçir, əhvalı pis olanda isə bunun əksini edirlər.
100 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə 97 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verilib. Onlardan 74 nəfəri kişi, qalanları qadınlardır.
Sentyabrın 5-dək bütün dərsliklər şagirdlərə paylanacaq
Təhsil Nazirliyi sentyabrın 5-dək bütün dərsliklərin şagirdlərə çatdırılmasını təmin edəcək.
Paytaxtın içməli su təminatı yaxşılaşdırılır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yaşayış məntəqələrində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını davam etdirir. Azərbaycan Respublikası Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.
Dövlət Komitəsi Göyçayda tədbir keçirirb
Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.
Politoloq: “Soros Fondunun regionda dayaqları zəifəyib”
“Son illər ərzində Corc Soros Fondunun regionda dayaqları zəifəyib. Azərbaycanda bu fond ümumiyyətlə fəaliyyət göstərmir, Rusiyada da onun fəaliyyəti nəzərə çarpacaq qədər deyil”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə Corc Soros Fondunun regionda çevriliş etmək istəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Şagirdlərlə bağlı SMS-məlumatlandırma xidməti bərpa edilir
Yeni tədris ilindən uşaqların məktəbdə fəaliyyəti ilə bağlı valideynlərin SMS vasitəsilə məlumatlandırılması xidmətinin bərpa ediləcəyi gözlənilir.
Divar işıqlarını sökən şəxs yaxalanıb
Mağazadan oğurluq etmək istəyən ələ keçdi
Qəzaya düşən ərəblərlə bağlı rəsmi açıqlama
Səhiyyə Nazirliyi ərəb turistlərinin qəzaya düşməsi ilə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb:
Əsgərlər üçün konsert proqramı təşkil edilib
Sumqayıt Şəhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi Azərbaycan Respublikası Sərhəd Qoşunlarının yaranmasının 97-ci ildönümü münasibəti ilə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Sərhəd Qoşunlarının yaranması və fəaliyyəti haqqında geniş məlumat verilib və şəxsi heyətə təbriklər səslənib.
Bakıda beynəlxalq konfrans keçiriləcək
31 avqust-1 sentyabr tarixlərində Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransı keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlü alimləri iştirak edəcək.Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.
Astara sakinindən narkotik vasitələr götürülüb
Astara sakininin həyətində narkotik vasitə aşkar edilibş. DİN-dən verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ərçivan qəsəbə sakini Saleh Nəsirovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 8 kiloqram 700 qram olan 113 ədəd çətənə kolu və 4 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.
Şuranın dəstəyi ilə şəhid ailələri ziyarət edilib
Avqustun 26-da Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində aprel döyüşlərində şəhid olmuş Bağırov Emin İmran oğlu və Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət edib. Görüş zamanı layihə rəhbəri Məlahət Xəlilova qeyd edib ki, aprel döyüşlərində həlak olan 2 şəhidin ailəsini ziyarət etmək “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsinin icra proqramına daxil edilib:”Şəhid ailələrini ziyarət etməkdə məqsəd vətəndaş cəmiyyətləri tərəfindən onlara mənəvi dəstək verməkdir. Düzdür, hazırki şəraitdə Azərbaycan dövləti, xüsusilə dövlət başçısı şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Müvafiq dövlət qurumları tərəfindən şəhid ailələrinə qayğı göstərilir, diqqətdə saxlanılır. Eyni mövqe ölkə ictimaiyyəti tərəfindən də nümayiş etdirilir. Biz də bir vətəndaş cəmiyyəti olaraq qərara aldıq ki, şəhid ailələrinin yanında olaq, onlardan öz diqqət və qayğımızı əsirgəməyək”.














