Bakıda beynəlxalq konfrans keçiriləcək

31 avqust-1 sentyabr tarixlərində Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) 10-cu konfransı keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlü alimləri iştirak edəcək.Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.

31 avqust-1 sentyabr tarixlərində Bakıda "İdarəetmə elmi və mühəndislik idarəetməsi" ("ICMSEM 2016") 10-cu konfransı keçiriləcək. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, konfransda dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə təmsilçilik nəzərdə tutulur. Konfransın açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti Akif Əlizadə, eləcə də Azərbaycan və dünyanın bir sıra digər ölkələrinin nüfuzlü alimləri iştirak edəcək.Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu "Springer" məlumat bazasına yerləşdirilib və dərc edilib.

Qeyd edək ki, "ICMSEM 2016" beynəlxalq konfransı 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il MDB məkanında ilk dəfə olaraq, konfransa Azərbaycan ev sahibliyi edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31