Dövlət Komitəsi Göyçayda tədbir keçirirb
Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.
30 Avqust 2016 16:28 SosialGöyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik" mövzusunda seminar-müşavirə keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.
Konfransda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə həmin münasibətlərin bütün hüquqi dövlətlərdə olduğu kimi qanunlarla tənzimləndiyini vurğulayıb. Bildirib ki, ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Konstitusiyada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.
Daha sonra Milli Məclisin deputatı Elman Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, Göyçayın "Yuxarı məscid" dini icmasının sədri Rəsul Kazımov çıxış ediblər.