Divar işıqlarını sökən şəxs yaxalanıb

Xəzər rayonunda divar işıqlarını ourlamaq istəyən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Mərdəkan qəsəbəsi ərazisində, yol kənarında divarı işıqlandıran 72 ədəd spot işıqlar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Əliqismət Sadıqov tutulub. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31