Mağazadan oğurluq etmək istəyən ələ keçdi

Sabunçu rayonunda oğurluq cəhdinin qarşısı alınıb. DİN-dən verilən məlumata görə, avqustun 29-da saat 03 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsindəki mağazalardan Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal hadisə yerinə gəlmiş RMİ əməkldaşları tərəfindən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Aqil Quliyev saxlanılaraq 15-ci PB-yə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31