Ermənilər daha bir musiqimizi oğurladılar - VİDEO
Azərbaycanın daha bir bəstəkar mahnısı ermənilər tərəfindən oğurlanıb.
30 Avqust 2016 15:18 SosialAzərbaycanın daha bir bəstəkar mahnısı ermənilər tərəfindən oğurlanıb.
Azvision.az bildirir ki, bu barədə aktyor Ruslan Sabirli "Facebook" profilində məlumat yayıb.
O, bildirib ki, 1979-cu ildə rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Qaynana" filminin saundtreki erməni müğənni tərəfindən oğurlanaraq, rus dilində "Za kayfovıx armyan" adı ilə oxunub. R.Sabirli qeyd edib ki, mahnı hazırda Gürcüstan radiolarında səsləndirilir.
Qeyd edək ki, "Qaynana" filminin saundtrekinin sözləri Fikrət Qocaya, musiqisi Tofiq Quliyevə aiddir. "Mehriban ailəyik" adlı mahnını xalq artistləri Flora Kərimova, Akif İslamzadə və Yalçın Rzazadə ifa ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31