Varşavada parlament rəhbərlərinin görüşü keçirilir
Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçirilir.
30 Avqust 2016 15:36 SosialPolşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçirilir. Milli Məclisdən verilən məlumata görə, görüşdə Azərbaycanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edir. Tədbirdə Avropa İttifaqının Şərqi və Mərkəzi Avropa ölkələri ilə regional əməkdaşlığı, bu ölkələrin öz aralarında parlamentlər səviyyəsində münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.Valeh Ələsgərov görüşdə çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcək. Səfər avqustun 31-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31