Gündəm
“Applab”ın layihələri britaniyalı investorların diqqətini cəlb edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Applab layihəsi öz startap ideyalarını birtaniyalı investorlara təqdim edib.
Bərdə sakinin kanalda batıb
Bərdə rayon sakini kanalda çimərkən batıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 6-da Bərdə rayonunun Böyük Göyüşlü kəndində qeydə alınıb. Kənd sakini Cəmil Yunisli su kanalında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda azyaşlını maşın vurub
Paytaxt Bakıda azyaşlı uşağı avtomobil vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə sentyabrın 6-da saat 17 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası başlayıb.
Lənkərandakı kütləvi zəhərlənmənin səbəbi sabah bilinəcək
Səhiyyə Nazirliyi tərəfindən Lənkəranda baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbinin müəyyənləşdirilməsi üçün aparılan analizin nəticələrinin sabah məlum olacağı gözlənilir.
Sabah da küləkli hava olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Türkiyə ordusu daha 6 kəndi terrorçulardan təmizlədi
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu (SAO) Suriyanın daha 6 kəndini terrorçu İŞİD qruplaşmasından təmizləyib.
Kerri ilə Lavrov yenidən görüşürlər
Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə yenidən görüşəcəklər.
Sürücülərin şikayətinə cavab: Bəzən elektron tablolarda gecikmələr olur
Milli.Az-a müraciət edən bir neçə sürücü paytaxtın küçə və prospektlərində yollarda hərəkətin sıxlığının vəziyyətini göstərən elektron-informasiya tablolarında məlumatların düzgün verilməməsindən şikayət ediblər. Onların sözlərinə görə, bir sıra hallarda həmin tablolarda boş və tıxac yollar düzgün göstərilmir: "Yəni göstərilir ki, filan yol boşdur, amma gedəndə tıxaca düşürsən".
52 yaşlı ermənini məğlub edən 22 yaşlı azərbaycanlı gənc
Bu günlərdə ölkəmizdə keçirilən Ümumdünya Şahmat Olimpiadası Azərbaycanı bir daha dünyaya idman ölkəsi kimi tanıtdı. Dünyanın müxtəlif ölkələrindən güclü şahmatçıların iştirak etdiyi Olimpiadada xarici ölkələrdə yaşayan azərbaycanlı idmançılar da mübarizə apardı. Onlardan biri də İtaliyada yaşayan azərbaycanlı gənc Mirağa Ağayevdir.
“Ödənişli təcili yardım xidmətini təsəvvür edə bilmirəm”
Ölkədə təcili tibbi yardımın pullu olacağı ilə bağlı yayılan xəbər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Hətta məsələyə qarşı çıxaraq hələlik Azərbaycanda buna ehtiyac olmadığı qənaətinə gələn millət vəkilləri də fikirlərini açıqlayıblar. Xatırladaq ki, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev mətbuata açıqlamasında bildirmişdi ki, gün ərzində təcili yardıma daxil olan 2 minə yaxın müraciətdən yalnız 40 faizi onlara aiddir.
Broyler toyuqları hansı xəstəliklərə yol açır?
Günümüzdə əhalinin ən çox istifadə etdiyi ət və ət məhsulları sırasında toyuq əti xüsusi yer tutur. Ölkədə toyuq ətinə olan tələbat kifayət qədər çox olduğundan hətta bəzi hallarda xarici ölkələrdən də Azərbaycana toyuq əti gətirilir.
“UniBank” soyğunçuluqla məşğuldur
Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycanda bir-birinin ardınca baş verən iki devalvasiya ən çox banklarla onların müştəriləri arasında problemlərə yol açdı.
Azərbaycanın innovasiya brendi
Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılıb.
Suriyadakı geosiyasi savaş Cənubi Qafqaza da yol açır
5 ilə yaxındır ki, Suriyada cərəyan edən proseslər artıq müsbət məcraya doğru inkişaf etməkdədir. Hazırkı situasiyada müşahidə edilən mənzərə ondan ibarətdir ki, dünənə qədər Suriyada qarşı-qarşıya gələn qüvvələr, ölkələr indi Suriya probleminin həlli, bu ölkədə sülh və sabitliyin əldə olunması məqsədilə birgə çalışmağa üstünlük verirlər. Hər halda ən azından Türkiyə və Rusiyanın timsalında bunu görmək mümkündür. Keçən ilin sentyabrından Suriya məsələsi üzündən sanki bir-birinə qarşı düşmənə çevrilən Ankara və Moskva bu gün eyni məsələdə ortaq mövqe sərgiləyirlər. Bu da öz-özlüyündə yaxın vaxtlarda Suriya probleminin həllinə olan ümidləri artırır. Ancaq burada təəssüf doğuran məqamlardan biri isə ondan ibarətdir ki, Qərb bu yaxınlaşmadan ciddi narahatdır və Rusiya ilə Türkiyənin Suriya probleminin həllində anlaşma əldə edə bilməsindən ehtiyatlanır. Çünki Qərbə sabit, inkişaf edən deyil, ərazi bütövlüyü pozulan, parçalanan, siyasi cəhətdən qeyri-sabit bir Suriya daha sərfəlidir.














