Gündəm
Azərbaycan şəffaflıq və məlumat mübadiləsi sahəsində etibarlı tərəfdaşdır
Ölkə başçısının «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» 4 avqust 2016-cı il tarixli sərəncamı vergi orqanları qarşısında mühüm vəzifələr müəyyən etmişdir. Sərəncamda sahibkarlara əlverişli şəraitin yaradılması və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmət sahəsində beynəlxalq təcrübənin daha geniş tətbiq edilməsi, eləcə də vergi sistemində şəffaflığın daha da artırılması, vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə edilməsi kimi hədəflər müəyyən edilmişdir.
Konstitusiya islahatları Azərbaycanın demokratik inkişafına xidmət edir
Ölkə Konstitusiyasına dəyişiklik edilməsi məqsədilə ümumixalq səsverməəsinin keçirilməsi yerli və beynəlxalq ekspertlər tərəfindən müsbət dəyərləndirilir. Çünki, sözügedən islahatların Azərbaycanın inkişaf reallığından doğduğu zərurəti yaranıb. Odur ki, gəlinən qənaət ondan ibarətdir ki, xalq tərəfindən bu yeniliklərin dəstəklənəcəyi şübhə doğurmur.
“Referenduma çıxarılan dəyişikliklərin hər biri...”
Məlum olduğu kimi Azərbaycan növbəti mühüm siyasi proses ərəfəsindədi. Belə ki, sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi keçiriləcək. Məlumat üçün qeyd edək ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrin 12-də keçirirlən ümumxalq səsverməsi-referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən mütərəqqi əsas qanunlarından sayılır. Bununla belə zamanın tələbindən irəli gələrərək, eyni zamanda bir sıra mühüm hüquqi normalara konstitusion status vermək üçün 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi-referendum keçirilib, Konstitusiyanın 22 maddəsinə ümumilikdə 31 dəyişiklik və əlavələr edilib.
Kafedə kütləvi dava olub
Suraxanı rayonunda kütləvi dava baş verib. Dava Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb.
Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər siyahısında
“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran “Müsəlmanların Qlobal Səyahət İndeksi 2016” adlı hesabatını dərc edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, hesabata əsasən, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıb.
Dünya Azərbaycanlılarına müraciət ünvanlanacaq
Dünya Azərbaycanlıları Assambleyasının paltalk messenger vasitəsi ilə iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun sədri Rəşad Quliyev Assambleyanın bugünə qədər gördüyü işlər barədə məlumat verib, qeydiyyat prosesinin yekunlaşdığını, sənədlərin artıq Alman rəsmi qurumlarına təqdim olunduğu söyləyib. İclasa Böyük Britaniyadan Sevil Aslanova, Danimarkadan Kəmalə Maisqızı da qatılıb. İclasda Dünya Azərbaycanlıları Assambleyasının saytının təsis edilməsi, Dünya Azərbaycanlılarına müraciətin qəbul edilməsi kimi məsələlər müzakirə edilib.
Müdafiə naziri Londona gedib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniyanın paytaxtı Londona səfər edib. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, səfərdə məqsəd Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Əməliyyatları mövzusunda keçiriləcək Müdafiə nazirlərinin görüşündə iştirak etməkdir.
81 rus şirkəti ABŞ-ın qara siyahısına düşdü
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib.
Avtovağzal gücləndirilmiş iş rejiminə keçdi
Bakı Beynəlxalq Avtovağzalı Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayev bildirib ki, gücləndirilmiş iş rejimisentyabrın 9-dan 15-dək tətbiq olunacaq.
Ərdoğan Gülən hərəkatına qarşı əməliyyatlar barədə məlumatları tənqid etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəthullah Gülən hərəkatına qarşı əməliyyatlar barədə yayılan bəzi məlumatları tənqid edib.
Putinin hərbi blokuna erməni rəhbərlik edəcək
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni Baş katibi Ermənistandan olacaq.
Tələbələr özəl universitetlərdən niyə imtina etdilər? - Rektorlardan
Bu il ali məktəblərə qəbul planında dövlət ali təhsil müəssisələrini seçənlərin sayında artım müşahidə edilib. Ali məktəblərə plan yerlərində boş yerlər əsasən özəl ali məktəblərin payına düşür. Bunun səbəbi nədir? Nəyə görə abituriyentlər özəl ali təhsil müəssisələrindən imtina edirlər? Bu, ali məktəblərin bağlanmasına gətirib çıxara bilərmi?
3 hərbi yük təyyarəsi, içində azı 17 ton dollar... - SENSASİON ƏMƏLİYYAT
Amerika jurnalistləri Birləşmiş Ştatların İranla sövdələşməsinə dair sensasion faktları üzə çıxarıblar.
Türkiyə ordusu və SAO Suriyanın daha 6 kəndini terrorçulardan təmizləyib
Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu (SAO) Suriyanın daha 6 kəndini terrorçu İŞİD qruplaşmasından təmizləyib.
Bərdədə dəyirman yanıb
Bərdə rayonu, Kələntərli kəndində vətəndaşa məxsus dəyirmanda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə 28 m2 olan dəyirmanın yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.














