81 rus şirkəti ABŞ-ın qara siyahısına düşdü
ABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib.
7 Sentyabr 2016 12:50 DünyaABŞ Rusiyaya qarşı sanksiya siyahısını daha da genişləndirib.
Axar.az xəbər verir ki, siyahıya daha 81 şirkətin adı əlavə olunub. Bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi "Qazprom"un nəzarətindədir.
Sanksiyalar Krıma çəkilən Kerç körpüsünün baş inşaatçısı SGM-Most şirkətinə də şamil ediləcək. Bu şirkət Vladimir Putinin dostu Arkadi Rotenberqin "Stroyqazmontaj" şirkətlər qrupuna daxildir.
Sanksiyalar bu gündən qüvvəyə minəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31