Dünya Azərbaycanlılarına müraciət ünvanlanacaq

Dünya Azərbaycanlıları Assambleyasının paltalk messenger vasitəsi ilə iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun sədri Rəşad Quliyev Assambleyanın bugünə qədər gördüyü işlər barədə məlumat verib, qeydiyyat prosesinin yekunlaşdığını, sənədlərin artıq Alman rəsmi qurumlarına təqdim olunduğu söyləyib. İclasa Böyük Britaniyadan Sevil Aslanova, Danimarkadan Kəmalə Maisqızı da qatılıb. İclasda Dünya Azərbaycanlıları Assambleyasının saytının təsis edilməsi, Dünya Azərbaycanlılarına müraciətin qəbul edilməsi kimi məsələlər müzakirə edilib.

Dünya Azərbaycanlıları Assambleyasının paltalk messenger vasitəsi ilə iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun sədri Rəşad Quliyev Assambleyanın bugünə qədər gördüyü işlər barədə məlumat verib, qeydiyyat prosesinin yekunlaşdığını, sənədlərin artıq Alman rəsmi qurumlarına təqdim olunduğu söyləyib. İclasa Böyük Britaniyadan Sevil Aslanova, Danimarkadan Kəmalə Maisqızı da qatılıb. İclasda Dünya Azərbaycanlıları Assambleyasının saytının təsis edilməsi, Dünya Azərbaycanlılarına müraciətin qəbul edilməsi kimi məsələlər müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31