Sürücülərin şikayətinə cavab: Bəzən elektron tablolarda gecikmələr olur
Milli.Az-a müraciət edən bir neçə sürücü paytaxtın küçə və prospektlərində yollarda hərəkətin sıxlığının vəziyyətini göstərən elektron-informasiya tablolarında məlumatların düzgün verilməməsindən şikayət ediblər. Onların sözlərinə görə, bir sıra hallarda həmin tablolarda boş və tıxac yollar düzgün göstərilmir: "Yəni göstərilir ki, filan yol boşdur, amma gedəndə tıxaca düşürsən".
7 Sentyabr 2016 13:30 SosialMilli.Az-a müraciət edən bir neçə sürücü paytaxtın küçə və prospektlərində yollarda hərəkətin sıxlığının vəziyyətini göstərən elektron-informasiya tablolarında məlumatların düzgün verilməməsindən şikayət ediblər. Onların sözlərinə görə, bir sıra hallarda həmin tablolarda boş və tıxac yollar düzgün göstərilmir: "Yəni göstərilir ki, filan yol boşdur, amma gedəndə tıxaca düşürsən".
Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rauf Mirqulamov Milli.Az-a açıqlamasında elektron tablolarda məlumatların qeyri-düzgünlüyünün nə dərəcədə həqiqətə uyğun olub-olmadığı məsələsinə belə aydınlıq gətirib:
"Elektron tablolar özləri avtomatik rejimdə məlumatları 1 dəqiqə interval olmaqla yeniləyir, amma onlardan bəziləri də var ki, texniki səbəblərdən gecikmələr baş verir. Həm də axı elektron tablolar sürücünün olduğu yerdən sonrakı istiqamətlə bağlı məlumatları göstərir. Yəni sürücü qarşısındakı elektron tabloda yolların yaşıl rəngdə, yəni hərəkətin sərbəst olduğunu görürsə, ola bilər ki, həmin istiqamətə gedib çatana qədər artıq orada sıxlıq yaransın. Yəni bu mümkündür".