Azərbaycanın innovasiya brendi

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılıb.

"Asan xidmət" hökumətin həyata keçirdiyi ən uğurlu layihədər

Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində xidmət göstərən işçilərin və könüllülərin həvəsləndirilməsi və bu fəaliyyətin inkişaf etdirilməsi məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 (beş) milyon manat ayrılıb. Beləliklə, "ASAN xidmət" mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat veriləcək. Sənəddə göstərilir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb."ASAN xidmət" modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsidir."ASAN xidmət" mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, etik davranış, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında yüksək standartlar çərçivəsində qurulur və inkişaf etdirilir. Bununla yanaşı mərkəzlərdə işləyənlərin böyük əksəriyyətini təşkil edən gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.
 

***

Millət vəkili Fəzail İbrahimli bildirib ki, "ASAN xidmət" Azərbaycanın dünyaya xalqa daha asan və rahat formada xidmət göstərmək üçün təqdim etdiyi unikal bir layihədir. Onun sözlərinə görə, elə qurumun adı da, göstərdiyi fəaliyyətə uyğun formada seçilib. "Belə ki insanlar əziyyət çəkmədən və vaxt itirmədən asan qaydad işlərini həll etsinlər. Elə qurum adına uyğun da fəaliyyət göstərir və fəaliyyət müddəində bu adı doğruldaraq, cəmiyyətdə özünü təsdiq edib". F.İbrahimli deyib ki, "ASAN xidmət" haqqında ölkə başçısının dedilkərindən artıq nəsə deməyə ehtiyac yoxdur: "Çünki ölkə başçısı artıq "ASAN xidmət" haqqında öz yüksək fikrini bildirib. Məhz qurum fəaliyyətini təsdiq etdiyindən onun gələcək fəaliyyətinin səmərəliliyni təmin etmək və təkmilləşdirmək üçün əlavə vəsait ayırıb. Hesab edirəm ki, bu vəsait "ASAN xidmət"-in fəaliyyətinə əlavə stimul verməklə yanaşı işinin təkmilləşdirilməsinə, xidmət sahəsinin daha da genişləndirilməsinə gətirib çıxaracaq". Millət vəkili gələcəkdə "ASAN xidmət" özünü doğrultduğundan onun fəaliyyət dairəsinin daha da genişləndirilməsinin, həmçinin, ölkənin daha çox rayonlarında fəaliyyət göstərməsinin zəruruliyini qeyd edib. "Hesab edirəm ki, "ASAN xidmət"in tədricən respublikanın bütün rayonlarında mərkəzləri fəaliyyət göstərməlidir. İnsanlar problemlərini həll etmək üçün vaxt itirmədən, əlçatan və asan formada işlərini həll etməldirlər". 
Millət vəkili Əli Məsimli isə qeyd edib ki, "ASAN xidmət" əsas innovasiya brendi kimi Azərbaycan hökumətinin həyata keçirdiyi layihələr içərisində ən uğurlu layihədir. Onun sözlərinə görə, bu xidmət "Elektron hökumət" layihəsinin mühüm tərkib hissəsi kimi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, "bir pəncərə" prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşmasında əvəzsiz rol oynayır. "ASAN xidmət"in fəaliyyətinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. "ASAN xidmət" mərkəzləri dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərir. "ASAN xidmət" mərkəzləri 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən vahid bir tal halında hüquqi xidmətlər həyata keçirmək məqsədilə yaradılıb. Həmin istiqamətlərdə həyata keçirilən hüquqi xidmət əməliyyatları getdikcə genişlənir. "ASAN xidmət"in fəaliyyətini genişləndirmək və səmərəliliyini daha da artırlaq məqsədilə xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi və sair istiqamətlərdə işlər davam etdirilir". O əlavə edib ki, həmin işlərin davamı kimi və sürətləndirilməsi məqsədilə Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı sərəncam imzalayıb: "Sərəncamla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə beş milyon manat ayrılır. Bu kontekstdə xüsusi qeyd etmək lazımdır ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış "ASAN xidmət" mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində vətəndaşların böyük rəğbətini qazanıb. Belə uğurlu layihələrə tələb olunan investisiyanı qoymaq lazımdır ki, fəaliyyti daha da yetkinləşsin. Bu baxımdan "ASAN xidmət" modeli dövlət xidmətlərinin göstərilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində aparılan institusional islahatların uğurlu nəticəsi olduğundan, fikrimizcə bu sahəyə ayrılan dövlət vəsaiti itməyəcək və həmin xidmətin daha səmərəli fəaliyyətinə əlavə stimul verməyə xidmət edəcək".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31