Kerri ilə Lavrov yenidən görüşürlər
Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə yenidən görüşəcəklər.
7 Sentyabr 2016 13:31 DünyaRusiya Federasiyası xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə yenidən görüşəcəklər.
Axar.az bildirir ki, bu haqda məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin etibarlı mənbələri RİA-ya çatdırıb.
Tərəflərin əsas müzakirə mövzusu Suriya böhranı olacaq.
Xatırladaq ki, daha öncə sözügedən tərəflərin G20 çərçivəsində keçirilən görüşündə Suriya barəsində razılığa gələ bilmədikləri haqda məlumat yayılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31