Broyler toyuqları hansı xəstəliklərə yol açır?
Günümüzdə əhalinin ən çox istifadə etdiyi ət və ət məhsulları sırasında toyuq əti xüsusi yer tutur. Ölkədə toyuq ətinə olan tələbat kifayət qədər çox olduğundan hətta bəzi hallarda xarici ölkələrdən də Azərbaycana toyuq əti gətirilir.
7 Sentyabr 2016 13:25 SosialGünümüzdə əhalinin ən çox istifadə etdiyi ət və ət məhsulları sırasında toyuq əti xüsusi yer tutur. Ölkədə toyuq ətinə olan tələbat kifayət qədər çox olduğundan hətta bəzi hallarda xarici ölkələrdən də Azərbaycana toyuq əti gətirilir. Ancaq o da hər kəsə bəllidir ki, əsasən xarici ölkələrdən Azərbaycana gətirilən toyuq əti həmçinin orqanizmimiz üçün bir çox fəsadlara yol açır. Onların saxlanma şəraiti, qidalanma prosesinin tələblərə cavab verməməsi hətta istifadəçilərdə bir sıra xəstəliklərə belə yol aça bilir. Bəs görəsən tibb mütəxəssisləri bu barədə nə düşünürlər?
Həkim, tibb üzrə mütəxəssis Füzuli Hüseynov deyir ki, ilk növbədə toyuqların inkişaf mərhələsi düzgün getmir. Onun sözlərinə görə, əvvəllər 6-8 aya 1 kiloqram olan toyuq, indi 1 aya 1 kiloqram olur: "Broyler toyuğunun 1 kiloqram olması üçün cəmi 1.7 kiloqram yem verilir. Özü də geni dəyişilmiş soyadan hazırlanılmış yem. Belə toyuqlar fermada o qədər zerif olurlar ki, qucağına alanda sümükləri sınır. Çünki sümüklər sümükləşə, bərkiyə bilmir.Digər tərəfdən sənaye mühitində böyüdülən toyuqlar bir-birinə sıx yaşadıqlarından xəstəlik törədən mikroorqanizmlərin inkişaf etməməsi üçün yüksək dozada antibiotik və dezinfeksiyaedicilər vurulur ki, bu da insan orqanizmində antibiotiklərə olan dirənişi artırır, immun sistemini aşağı salır, bağırsaq mikroblorasını məhv edir. Bir aya bir kilo olan toyuqların yemlərinə qarışdırılmış sürətli böyüdücülər insanlara əsasən də böyüməkdə olan uşaqlara mənfi təsir edir. Nəticədə həm sürətli böyümə (daha çox piylənmə) əmələ gəlir və belə insanların fəqərələrinin arasındakı qığırdaqlar o qədər yumşaq olur ki həmin insanlarda bel yırtıqları və fəqərə sürüşmələrinə tez-tez rast gəlinir. Böyüməkdə olan uşaqların hormonal pozulmaları baş verir". Füzuli Hüseynov deyir ki, cücələr yumurtadan çıxandan 1 gün sonra işçilər hansı cücənin erkək və hansı cücənin dişi olmasını bilir: "Xoruzlar həmən məhv edilir, üyüdülür və yemlərə qarışdırılır. Çünki toyuqçuluqda xoruza tələbat yoxdur, mayalanma süni üsulla aparılır. Dişilərin isə həmən dimdikləri kəsilir. Ona görə ki, toyuqlar böyüyəndə bir-birilərini dimdikləyib yeyə bilməsinlər. Toyuqlar bir-birilərini ona görə dimdikləyib yeyirlər ki, onarda həmişə kalsium çatışmır və kalsiuma təlabatı ödəmək üçün bir-birilərinin diri-diri ətlərini yeyirlər. Dişi toyuqlara isə daima yumurtalamaq üçün yeməklərinə xüsusi dərmanlar qarışdırılır. Belə ət və yumurtaları yeyən kişilərdə isə kişilik hissləri ölməyə başlayır. Həmçinin erkən tük tökülmələr və prostat vəzilərində problemlər meydana çıxır. Amma xanımlarımız elə bilməsinlər ki , broyler toyuqları tək kişilərə təsir edir.
Xeyr. Bu günlərdə süd vəzisinin və uşaqlığın xərçəngi görün neçə dəfə artmışdır. Ümumiyyətlə, qadın xəstəlikləri və sonsuzluqlar son dərəcə artmış və artmaqda da davam edir. Broyler toyuğunu şoklama edirlər. Yəni, toyuğun başı kəsilmədən öncə elektrik şoku verilir və sonra toyuğun başı kəsilir. Çünki bu zaman toyuğun bədənindəki 200 qrama yaxın qan bədəndə qalır. Bu müqəddəs kitabımız Quranda yazılan qan bizə haramdır əmrinə tərs mütənasiblik təşkil edir. Bundan başqa şoklamadan sonra bəzi toyuqlar ölürlər. Elektrik şokuna dözmürlər. Amma onların da başları aparat vasitəsilə - Bismillahsız - kəsilir".
Həkim qidalanma prosesində valideynlərin də məsuliyyətsizliyə yol verdiyini deyib: "Bu gün valideyn mağazadan ucuz olsun deyə broyler toyuğu alır. Sonra qazlı şirin içki, cipsi və başqa bu kimi yiyəcəklər. Amma bütün bunların əvəzinə az da olsa sağlam kənd toyuğu, kənd yumurtası uşaqlara yedirtmək daha yaxşı olar. İmkan daxilində, azda olsa kənd toyuğundan və yumurtasından istifadə etmək lazımdır. Əgər broyler toyuğunu yemək məcburiyyətindəsinizsə ara-ara yemək lazımdır. Bir dəfə yeyildisə, ən azından, bir həftə ara vermək lazımdır. Bu zaman toyuqların koserogen xərçəng törətmə təsiri az olur, orqanizm özü xərçəng əmələ gəlmə riskini önləyir. Kənd toyuğunda zəngin kalsium, dəmir və ən esası zülal vardır ki, zülal bədən hüceyrələrinin yenilənməsini tənzimləyir. Toyuq əti xolesterini və piylənməsi yüksək olanlar üçün əvəzolunmazdır".
Məhəmməd