Gündəm
Azərbaycanda həyati vacib dərmanların siyahısı açıqlanıb
Azərbaycanda həyati vacib və təcili hallarda istifadə olunan dərman preparatlarının siyahısı açıqlanıb.
Hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxslərin apellyasiya şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayır.
Milli Şuranın növbəti uğursuz cəhdi
Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti uğursuz aksiyasını keçirdi. Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma etiraz əlaməti olaraq təşkil edilən 11 sentyabr mitinqi bir daha Azərbaycan cəmiyyətinin radikal müxalifəti dəstəkləmədiyini təsdiqləmiş oldu. Hər halda Əli Kərimlinin mitinqdən əvvəl aksiyada on minlərlə insanın iştirak edəcəyi barədə açıqlamasından fərqli olaraq Milli Şuranın 11 sentyabr tədbirində məhdud sayda şəxsin iştirakı deyilənləri təsdiqləyir.
Hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər QHT-lərin birbaşa vəzifəsidir
Sirr deyil ki, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarının rolu danılmazdır. O da etiraf edilməlidir ki, bu məsuliyyətli və şərəfli vəzifəni üzərinə götürən vətəndaş cəmiyyətlərinin sayı kifayət qədərdir.
Sahibkarların da hüquqları Ana Yasa ilə qorunur
Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılan bir sıra məsələlər birbaşa ölkənin iqtisadi inkişafı ilə bağlıdır. Belə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə sahibkarlıq və xüsusi mülkiyyət barədə də bir sıra müddəalar əks olunur.
Türkmənistan prezidenti 70 yaşında istefa verməli olmayacaq
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.
Ukraynanın daxili işlər nazirinə qarşı cinayət işi başlanıb
Ukraynanın baş prokuroru Yuri Lutsenko ölkənin daxili işlər naziri Arsen Avakova qarşı cinayət işinin başlandığını bildirib.
Bakıda DEZİNFEKSİYA aparılır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) dünən axşamdan etibarən Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyasına başlayıb.
Ötən ay Azərbaycanda rekord sayda zəhərlənmə faktı qeydə alınıb
Bu ilin avqust ayı ərzində Azərbaycanda 75 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında deyib ki, qida zəhərlənməsi nəticəsində 190 nəfər zərər çəkib.
Milli Nüvə Tədqiqatları Mərkəzi: "Metsamor"dakı təmir təhlükəni azaltmayacaq
Ermənistanın "Metsamor" atom elektrik stansiyasında (AES) sentyabrın 20-dən iki ay müddətində aparılacaq təmir işləri onun təhlükəliliyinin azalmasına, bölgənin radioaktiv tullantılarla çirkləndirilməsi səviyyəsinin azalmasına təsir göstərməyəcək.
100 il yaşamağın SİRRİ
Səhər acqarına soyuq su içməyin - XƏBƏRDARLIQ
Səhər yuxudan duran kimi acqarına su içməyin orqanizmə faydalı olduğu çoxlarına məlumdur. Bəzi iddialara görə, suyu soyuq içmək daha xeyirdir. Türkiyəli həkim Fevzi Özgönül isə səhər yeməyindən öncə çox soyuq və ya isti su içənlərə xəbərdarlıq edib.
Respublika çaylarındakı vəziyyət açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-150, Kiçik Qafqazın çaylarında 110-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-100 faizini təşkil edir.
Yükdaşıma azalıb, sərnişindaşıma isə artıb
2016-cı ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olmuşdur.
Qanunsuz dərman preparatları keçirmək istədi
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşının əl yükünə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a veriln məlumata görə, baxış zamanı həmin yükün içərisindəki polietilen paketdə, əvvəlcədən gömrük orqanlarına bəyan edilməmiş vəziyyətdə - 350 kapsul “Tramadol” 200 mq və 30 həb “Tramadol” 150 mq adlı dərman preparatları aşkar edilərək götürülüb. Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir. Faktla bağlı araşdırma aparılır.














