Türkmənistan prezidenti 70 yaşında istefa verməli olmayacaq

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31