Gündəm
Parlament sədrləri Fransada görüşəcəklər
Sentyabrın 14-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin Parlament Sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edib. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir. AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.
Deputatımız AŞ PA-nın vitse-prezidentinin dəvəti ilə Fransaya səfər edib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Rukenin dəvəti ilə Fransanın paytaxtı Parisə səfər edib. Bu barədə MM-dən verilən məlumata görə, deputatımız “AŞPA-nın gələcəyi və təşkilatda islahatlar” mövzusunda keçiriləcək dəyirmi masada iştirak edəcək. Tədbirdə qurumun gələcək fəaliyyəti, islahatların aparılmasının vacibliyi, üzv ölkələr arasında səmərəli əməkdaşlığın genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Astarada ekoloji maarifləndirmə mövzusunda silsilə tədbirlər keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctiami Birliyi tərəfindən “Ətraf mühitin məişət tullantılarından təmizlənməsi məqsədi ilə yerli bələdiyyələr arasında maarifləndirmə işlərinin aparılması” mövzusunda layihənin icrası davam etdirilir. İctiami Birlikdən verilən məlıumatda qeyd olunur ki, iyul ayından icra olunan layihə əsasən ölkəmizin cənub bölgəsində- Lerik və Astara rayonlarının 30-dan artıq dağ kəndini əhatə edən bələdiyyələrin ərazisində həyata keçirilir.
Dağıstan prokurorluğu qadın sünnətlərini araşdırır
Dağıstanın Respublika Prokurorluğunun əməkdaşları yerli qadınlar arasında sünnət faktlarını araşdırmağa başlayıb.
Azərbaycan üzgüçüsü “Rio-2016”da gümüş medal qazanıb
Braziliyanın paytaxtı Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının 6-cı yarış günündə Azərbaycanın aktivinə daha bir medal əlavə olunub.
Yol polisi Bilik Günü ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) 15 sentyabr – Bilik Günü ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Xalidə İsgəndərova 18 il azadlıqdan məhrum edildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesində hökm oxunub.
Ukrayna baş naziri azərbaycanlılara qarşı cinayət hallarının artması məsələsini nəzarətə götürüb
Ukrayna baş naziri Vladimir Qroysman azərbaycanlılara qarşı artan cinayətləri, xüsusilə də adam oğurluğu hallarını nəzarətə götürüb.
Varujan Oktanyan: “Bataqlıq bizim daimi yaşayış yerimiz olacaq”
Ermənistan iqtidarındakı dəyişikliklər özündə heç bir uğuru əks etdirmir. SİA xəbər verir ki, bu barədə 1in.am saytına “Transparency International” təşkilatının ölkəsi üzrə rəhbəri Varujan Oktanyan deyib. Onun fikrincə, siyasi iradə ilə yanaşı ikinci əsas məsələ kimi korrupsiya ilə uğurlu mübarizə, iqtisadi modelin dəyişdirilməsi istiqamətində addımlar atılmalıdır. Belə ki, bütün bunlar eks-baş nazir Ovik Abraamyanın vaxtında da mövcud olub.
Məhkəməyə SMS-lə çağıracaqlar
Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarında yeniliklər edilir.
"Nardaran işi" üzrə şahid: "Zərərsizləşdirdiyim şəxsin əlində qumbara və beşbarmaq vardı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Referendumla əlaqədar səsvermə bülletenlərinin paylanılmasına başlanılıb
Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin paylanmasına başlayıb.
Moskvada müstəqilliyimizin 25 illiyinə həsr edilmiş jurnal çap olunub
Rusiyanın nüfuzlu elmi nəşrlərindən biri olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilmiş xüsusi buraxılışı çap olunub.
“Qızıl Payız” lotoreyaları bol-bol uduşlar təklif edir...
Daha bir yay mövsümü geridə qaldı. Ötən yayı unikal “Formula-1” yarışları, Rio olimpiadasında idmançılarımızın parlaq qələbəsi ilə və yəqin ki, anormal istilərlə uzun müddət xatırlayacağıq. Lotereya həvəskarları üçün isə ötən yay, həm də çoxsaylı və möhtəşəm uduşlarla yadda qalacaq. Minlərlə lotereya iştirakçısı yayın qızmar istilərində ürəklərinə sərinlik səpən uduşların sevincini yaşayıblar.
Sabahın hava proqnozu açıqlanıb
Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.














