Məhkəməyə SMS-lə çağıracaqlar
Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarında yeniliklər edilir.
14 Sentyabr 2016 13:54 SosialAzərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarında yeniliklər edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunur.
Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 138.5-ci maddəyə görə, iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər "Elektron məhkəmə" informasiya sistemində qeydiyyatdan keçiblərsə, məhkəmə bildirişləri bu şəxslərin həmin sistemdə yaradılmış elektron kabinetlərində yerləşdirilir və onlara bu barədə məlumat elektron qaydada (elektron poçt və ya SMS vasitəsilə) çatdırılır.
Layihə artıq Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31