Dağıstan prokurorluğu qadın sünnətlərini araşdırır
Dağıstanın Respublika Prokurorluğunun əməkdaşları yerli qadınlar arasında sünnət faktlarını araşdırmağa başlayıb.
14 Sentyabr 2016 14:13 DünyaDağıstanın Respublika Prokurorluğunun əməkdaşları yerli qadınlar arasında sünnət faktlarını araşdırmağa başlayıb.
RİA Novosti bildirir ki, məşhur müğənni, Rusiya İctimai Palatasının ailə, uşaq və analığın dəstəyi komissiyasının rəhbəri Diana Qurskaya Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edərək Dağıstanda qadınların sünnət olunması ilə bağlı faktların araşdırılmasını xahiş etmişdi.
Dağıstan prokurorluğu da bu müraciətdən sonra araşdırmalara başlayıb.
Rusiyanın baş prokurorunun müavini Yuri Qrinin dediyinə görə, Dağıstan prokurorluğuna əldə olunmuş faktları yoxlayaraq nəticələr barədə məruzə etmək tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31