“Qızıl Payız” lotoreyaları bol-bol uduşlar təklif edir...

Daha bir yay mövsümü geridə qaldı. Ötən yayı unikal “Formula-1” yarışları, Rio olimpiadasında idmançılarımızın parlaq qələbəsi ilə və yəqin ki, anormal istilərlə uzun müddət xatırlayacağıq. Lotereya həvəskarları üçün isə ötən yay, həm də çoxsaylı və möhtəşəm uduşlarla yadda qalacaq. Minlərlə lotereya iştirakçısı yayın qızmar istilərində ürəklərinə sərinlik səpən uduşların sevincini yaşayıblar.

Bu təklifləri yetərincə dəyərləndirin

Daha bir yay mövsümü geridə qaldı. Ötən yayı unikal "Formula-1" yarışları, Rio olimpiadasında idmançılarımızın parlaq qələbəsi ilə və yəqin ki, anormal istilərlə uzun müddət xatırlayacağıq. Lotereya həvəskarları üçün isə ötən yay, həm də çoxsaylı və möhtəşəm uduşlarla yadda qalacaq. Minlərlə lotereya iştirakçısı yayın qızmar istilərində ürəklərinə sərinlik səpən uduşların sevincini yaşayıblar.

Nə qədər qəribə olsa da, müəyyən bir qrup lotereya iştirakçıları üçün bu və ya digər lotereyada oynanılan məbləğin həcmi və ya sayı, bu lotereyada iştirak üçün heç də əsas motiv deyil və hər bir lotereyanın öz sabit iştirakçı qrupu formalaşıb. Bu yanaşma intellektual lotereya iştirakçıları arasında özünü daha qabarıq şəkildə büruzə verir. Bütün dünyada olduğu kimi müxtəlif riyazi düstur, sxem və nəzəriyyələrə əsaslanaraq lototrondan çıxacaq rəqəm kombinasiyalarını əvvəlcədən müəyyən etmək istəyi bizim lotereya həvəskarlarında da var. Məsələ burasındadır ki, belə lotereya iştirakçıları udduqları təqdirdə, qazandıqları pulun sevincini yaşamaqla bərabər, həm də öz intellekt və intuisiyaları ilə qürur duyurlar.

Digər tərəfdən isə, bu lotereyalar fəaliyyətə başlayan gündən sanki bir-biri ilə uduş yarışına giriblər və bu yarış yayda da davam edib. Hələ yazın sonlarında "5/36" lotereyasında qeydə alınan 58 min 400 manat məbləğində uduşa "6/40" lotereyası 69 min 750 manat məbləğində uduşla cavab verdi. May ayında "Azərlotereya" tərəfindən istehlakçıların ixtiyarına verilən unikal "Uğurlu Rəqəm 8", "5/36" və "6/40" ani lotereyaları milyon ədəddən çox uduşla intellektual lotereyaların uduş yarışını bir qədər arxa plana keçirsələr də, iyun

ayında "6/40" lotereyasında 62 min 910 manat məbləğində, iyul ayında isə "5/36" lotereyasında 134 min 300 manat məbləğində iki "Cek Pot" uduşu qeydə alındı. Ümumilikdə isə iyun-avqust ayları ərzində udulan 1 manatdan 1000 (min) manatadək məbləğdə uduşların sayı bir neçə yüz mini üstələyib.

Bu mərhələdə 10 min manatdan çox olan iri uduşların toplam məbləği isə 944 min 110 manat təşkil edir. Təbii ki, bu uduşlardan birini - "Klassik Loto" lotereyasının 29 iyun tarixli tirajında qeydə alınan 256 min manat məbləğində möhtəşəm uduşu xüsusi qeyd etmək lazımdır. Hazırda elə bir tiraj keçmir ki, orada heç olmasa bir sanballı uduş qeydə alınmasın.

"Super Loto" və "Klassik Loto" öz iştirakçılarına müvafiq olaraq 50 min manat və 55 min manat məbləğində iki "Cek Pot" təklif edirlər. Tirajdan tiraja keçən uduşlarının toplam məbləği yarım milyon manata yaxın olan "Binqo" öz iştirakçılarını 60 min manat məbləğində "Fortuna", 75 min manat məbləğində "Meqa Pot", 135 min manat məbləğində "Binqo" və 175 min manat məbləğində "Super Binqo" uduşları ilə gözləyir. İntellektuallar da öz intuisiya və intellektlərini səfərbər edərək, hazırda "5/36" və "6/40" lotereyalarının təklif etdikləri 83 min 420 manat və 116 min manat məbləğində "Cek Pot"lar uğrunda mübarizə aparırlar.

Artıq payızın xəfif nəfəsi duyulur və lotereyalarda belə böyük məbləğlərdə uduşların oynanılmasına baxmayaraq iştirakçıların əksəriyyəti səbirsizliklə, xoş ənənəyə çevrilən "Qızıl Payız" lotereyasını gözləyirlər. Xüsusən yaşlı nəslin nümayəndələri və qadınlar arsında populyar olan "Qızıl Payız" beş turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı biri, ikinci turda hər hansı iki, üçüncü turda hər hansı üç, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş biletlər uduşlu sayılırlar. Beşinci tur uduş fondu bitənədək davam edir və bu turda bütün üfuqi sıraları tam dolmuş biletlər uduşlu sayılırlar. Bütün turlarda uduşa düşmüş biletlər oyunu davam edirlər və bir biletin udduğu bütün uduşlar cəmlənir. Tirajın bütün turlarında liderlər - ilk "gözləyənlər" mükafatlandırılırlar.

"Qızıl Payız" lotereyasının unikallığı ondadır ki, əsas turlar başlanmazdan öncə və başa çatdıqdan sonra lotereya biletlərinin seriya nömrələri ilə sanballı pul uduşları oynanılır. Əsas turlardan öncə, lototrondan çıxarılmış altı şar üzərindəki rəqəmlər lotereya biletinin seriya nömrəsi ilə uyğun gələrsə, bilet 10 min manat udur. Əsas turlar başa çatdıqdan sonra bu prosedur yenidən, həm də iki dəfə keçirilir və bu dəfə qaliblər hərəyə 5 min manat udurlar. Hər üç halda, uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf edərsə, şarlar yenidən lototrona qaytarılır və yeni uduşlu nömrə müəyyən edilir. Başqa sözlə, əsas turlardan öncə və sonra oynanılan pullar 100 faiz uduşludurlar.

Bolluq fəsli olan qızılı payızda, "Qızıl Payız" lotoreyaları da sizə bol-bol uduşlar təklif edir. Bu təklifləri yetərincə dəyərləndirməyə çalışın...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31