Ötən ay Azərbaycanda rekord sayda zəhərlənmə faktı qeydə alınıb

Bu ilin avqust ayı ərzində Azərbaycanda 75 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev açıqlamasında deyib ki, qida zəhərlənməsi nəticəsində 190 nəfər zərər çəkib.

Avqust ayında qeydə alınan 2 botulizm hadisəsi nəticəsində isə eyni sayda - 2 zəhərlənmə qeydə alınıb.
 
Avqust ayı bu il ərzində baş verən qida zəhərlənmələrindən zərərçəkənlərin sayına görə ən yüksək göstəricilərin qeydə alındığı ay olub. Ötən ay 3 kütləvi zəhərlənmə hadisəsi baş verib, 100-dən çox insan zəhərlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31