Hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər QHT-lərin birbaşa vəzifəsidir
Sirr deyil ki, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarının rolu danılmazdır. O da etiraf edilməlidir ki, bu məsuliyyətli və şərəfli vəzifəni üzərinə götürən vətəndaş cəmiyyətlərinin sayı kifayət qədərdir.
14 Sentyabr 2016 14:50 Sosial"Bu fəaliyyət birbaşa vətəndaş cəmiyyətlərinin konsepsiyasına uyğundur"
Sirr deyil ki, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarının rolu danılmazdır. O da etiraf edilməlidir ki, bu məsuliyyətli və şərəfli vəzifəni üzərinə götürən vətəndaş cəmiyyətlərinin sayı kifayət qədərdir. Lakin ölkədə QHT-lərin potensialını nəzərə alsaq, səmimi çəkildə qeyd etmək olar ki,vətəndaş cəmiyyətləri bu istiqamətdə daha çox iş görə bilərlər. Məlumat üçün qeyd edək ki, hazırda gənclərin vətənpərvər ruhda tərbiyyəsi ilə yalnız bu sahədə ixtisaslaşmış QHT-lər məşğul olurlar. Lakin mümkündür ki, digər vətəndaş cəmiyyətləri də mütəxəssislərin potensualından yararlanmaqla bu sahədə fəaliyyət qursunlar. Çox təəssüf ki, vətəndaş cəmiyyətləri və kütləvi informasiya vasitələrinin bolluğu fonunda sözügedən məsələ arxa plana keçirilib. "Ekoloq-2010" Ekoloji Maarifləndirmə İctiami Birliyinin sədri Səlim Balayev bildirib ki, hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək qeyri-hökumət təşkilatlarının birbaşa vəzifəsidir. Düzdür bu işdə ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin fəaliyyəti daha yaxşı effekt verə bilər. Ancaq bu heç də digər QHT-ləri arxayın sala bilməz. Ən azından QHT-lər Azərbaycanın Milli Qəhrəmanlarını, döyüşdə şəhid olanları təbliğ etməklə gənclərdə Vətənə məhəbbət hissi oyada bilər: "Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və mənfur düşmənlə informasiya müharibəsi aparılır. O da faktdır ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-lərlə yanaşı, vətəndaş cəmiyyətlərinin də üzərinə düşür". Onun sözlərinə görə, aprel döyüşləri göstərdi ki, ordunun döyüş ruhunun artırılmasında ideoloji təbliğat vacib şərtlərdəndir. Odur ki, gənc əsgərləri, ümumilikdə silahlı qüvvələri daim döyüş ruhunda tərbiyyə etmək vətəndaş cəmiyyətlərinin bir saylı vəzifəsi olmalıdır. Əldə edilən qələbənin əsaslandırılması, dünya ictimaiyyətinə Azərbaycanın haqq səsinin çatdırılması kimi vacib məsələlər var ki, bu vəzifələrin icrası birbaşa QHT-lərin üzərinə düşür: "Son zamanlar dünyanın güc mərkəzləri ayrı-ayrı regionlarda təsir dairələrini genişləndirməyə cəhd edirlər. Belə bir şəraitdə Azərbaycanın ümumilli problemi olan Dağlıq Qarabağ məsələsi ətrafında da gəzişmələr müşahidə olunmaqdadır. Belə ki, sözügedən münqaişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər Qaradağ problemindən öz məqsədləri üçün istifadədə israrlı görünürlər. Belə vəziyyət isə münaqişənin yalnız hərbi yolla həllini vacib edir. Bunu üçün ölkə vətəndaşları arasında hərbi vətənpərvərliyin artırılması əsas elementlərdəndir. Şübhəsiz ki, bu ideologiyanın təbliğində qeyri-hökumət təşkilatları əsas rol oynayır". İctimai Birlik sədri əlavə edib ki, bəzi hallarda mətbuatda hərbçilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər barədə mənfi məqamlar önə çəkilir. Lakin faktdır ki, bu gün NATO kimi nüfuzlu beynəlxalq hərbi təşkilatlar tərəfindən mükafatlandırılan xeyli sayda hərbiçilərimiz var: "Hesab edirəm ki, QHT-lər Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlarla paralel həmin hərbçilər barədə də məlumatlar dərc etdirməlidir. Bununla hərbçilərimiz gənclərimiz üçün örnəyə çevrilər. Məlumdur ki, Azərbaycan ordusunda kifayət qədər intelektual, istüdadlı gənclərimiz xidmət edir. Bu gün Azərbaycan Ordusunda özünü düşmənin gülləsinin qarşısına atan, komandirini öz həyatı bahasına xilas edən döyüşçülərimiz var. Onların hər biri gənclərə nümunə ola biləcək səviyyədədir. Təəssüf ki, mətbuatda belə hərbçilərin təbliğinə bir o qədər də yer verilmir. Mətbuat ancaq döyüşdə qəhrəmanlıq göstərən hərbçilərin təbliğinə üstünlük verir. Odur ki, vətəndaş cəmiyyətləri hərb tariximizdən, eləcə də bir qəhrəman əsgər barədə müsabiqə yazıları təşkil etməlidir. Ən azı bir əsgərin portreti verilməlidir ki, cəmiyyət onun necə qulluq etdiyini görsün". QHT sədri hesab edir ki, orduda fərqlənən gənclərin təkcə mətbuatda təbliği kifayət deyil. Bu qəhrəmanlar haqqında oçerklər yazılmalı, broşur şəklinə salınmalı və paylanmalıdır. Bu millət, xalq orduda qulluq edən nümunəvi əsgərini tanımalıdır. Bu təbliğat işləri yetərincə aparılmadığından bəzi hallarda hərbi xidmətə gedən əsgərə hərbi vətənpərvərlik ruhunu lazımi səviyyədə aşılaya bilmirik. Əslində isə internet və televiziya vasitəsilə hərbi vətənpərvərlik ideyalarını daha çox təlqin etmək imkanı var: "Məsələn, Türkiyədə bir şəhidə olan diqqət insanda fərqli hiss yaradır. Cəmiyyət bu prosesə necə yanaşır? Sanki millət bu hadisə ilə nəfəs alır. Etiraf edilməlidir ki, vətəndaş cəmiyyətləri Azərbaycanda da şəhidləri, qəhrəmanları bu səviyyəyə qaldırmaq gücündədir: "Bu məsələdə təcrübə öz sözünü deyir. QHT-lər elə təsiredici metodlar seçilməlidir ki, qəhrəmanlarımız barədə informasiyalar yeniləşən Azərbaycanda insanlara təsir edə bilsin. Gənclər bu qəhrəmanları özlərinə örnək hesab etsinlər". Onun sözlərinə görə, Azərbaycanın qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı məhəbbət hisslərinin formalaşdırılmasından çox asılıdır. Ona görə, elə etmək lazımdır ki, torpaqlarının 20%-ə qədəri işğal altında olan Azərbaycanda gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, onlarda vətəndaşlıq vəzifələrinin və dövlətə sədaqət ruhunun aşılanması istiqamətində həyata keçirilən tədbirlər gözlənilən effekti versin. Bunun üçün ilk növbədə analoji konsepsiyaların, layihələrin, proqramların tələb olunan keyfiyyətdə hazırlanmalıdır. Bu fəaliyyət isə birbaşa vətəndaş cəmiyyətlərinin konsepsiyasına uyğundur". QHT-lər çalışmalıdır ki, ölkəmiz müharibə şəraitində olduğundan gənclər arasında hərbi-vətənpərvərlik hissinin təbliği bir an belə dayandırılmasın".
Alim
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur