Hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxslərin apellyasiya şikayətinə baxılacaq

Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayır.

Bakı Apellyasiya Məhkəməsində hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və digər cinayətlərdə təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri üzrə məhkəmə başlayır.

Bu barədə  məlumat verən vəkil Elçin Sadıqov bildirib ki, şikayətə sentyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsində ötən ilin noyabrında qanunsuz aksiyaya cəhd edən Müsəlman Birliyi Hərəkatının 6 üzvünə hökm oxunub.
Onlar Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə  (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ittiham olunublar.

Məhkəmənin qərarına əsasən, Rzayev Sahil Xalid oğlu 6 il 5 ay 15 gün, Vəliyev Niftəli Əşrəf oğlu 5 il 11 ay 10 gün, Əliyev Anar Yusif oğlu 5 il 11 ay, Bünyadov Elvin Hatif oğlu 6 il 1 ay 15 gün, Əhmədov Lətif Süleyman oğlu 5 il 11 ay 20 gün, Osmanov Teymur Adilxan oğlu 5 il 11 ay 15 gün azadlıqdan məhrum ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31