Milli Şuranın növbəti uğursuz cəhdi

Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti uğursuz aksiyasını keçirdi. Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma etiraz əlaməti olaraq təşkil edilən 11 sentyabr mitinqi bir daha Azərbaycan cəmiyyətinin radikal müxalifəti dəstəkləmədiyini təsdiqləmiş oldu. Hər halda Əli Kərimlinin mitinqdən əvvəl aksiyada on minlərlə insanın iştirak edəcəyi barədə açıqlamasından fərqli olaraq Milli Şuranın 11 sentyabr tədbirində məhdud sayda şəxsin iştirakı deyilənləri təsdiqləyir.

Kərimlinin yeni şeyx nəsrullahları

Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti uğursuz aksiyasını keçirdi. Sentyabrın 26-da konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçiriləcək referenduma etiraz əlaməti olaraq təşkil edilən 11 sentyabr mitinqi bir daha Azərbaycan cəmiyyətinin radikal müxalifəti dəstəkləmədiyini təsdiqləmiş oldu. Hər halda Əli Kərimlinin mitinqdən əvvəl aksiyada on minlərlə insanın iştirak edəcəyi barədə açıqlamasından fərqli olaraq Milli Şuranın 11 sentyabr tədbirində məhdud sayda şəxsin iştirakı deyilənləri təsdiqləyir.

Qərbin maliyyəsi hara sərf edildi?

Milli Şuranın 11 sentyabr aksiyası bir neçə vacib məqamla yadda qaldı. İlk növbədə 11 sentyabr mitinqi radikalların perspektivinin olmadığını bir daha açıq şəkildə ortaya qoymuş oldu. Mitinq təşkilatçılarının aksiyanın keçirildiyi "Məhsul" stadionunu belə doldura bilməməsi onların hansı sosial bazaya malik olduqlarının göstəricisi idi. Aksiyada iştirak edənlərin bir qisminin kütləvi informasiya vasitələrinin nümayəndələri, eyni zamanda təhlükəsizliyi təmin edən polis əməkdaşları olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, sentyabrın 11-də Əli Kərimli ətrafına cəmi bir neçə yüz adam toplaya bilib. Həmin insanlar da Kərimlinin ətrafında olanlar, eyni zamanda Milli Şuraya pul iyinə gələnlər olub. Məlumata görə, Əli Kərimli 11 sentyabr mitinqinə görə Qərbin məlum antiAzərbaycan dairələrindən külli miqdarda pul qopara bilib. AXCP sədri Qərbdəki "müttəfiqləri" qarşısında mitinqə on minlərlə insanı cəlıb edəcəyinə söz verib. Lakin aksiyanın uğursuzluğu, cəmiyyətin Milli Şuranın mitinqinə dəstək nümayiş etdirməməsi Kərimlini pis vəziyyətdə qoyub. Üzləşdikləri uğursuzluqları ört-basdır etməyə çalışan Kərimli belə bir fikir formalaşdırıb ki, növbəti aksiyalara daha çox insan cəlb edə biləcək. Ona görə də həftə sonuna yenidən mitinq təyin edib. Ancaq Kərimlinin özünün də buna inanmadığı bəllidir. Məlumatlı mənbə deyir ki, 11 sentyabr mitinqi üçün xaricdəki bəlli dairələr tərəfindən ayrılan vəsaitin böyük bir hissəsini mənimsəyən Əli Kərimli qərbdəkiləri inandırmağa çalışıb ki, maliyyə dəstəyinin bir hissəsi bölgələrdəki insanların siyasi fəallığının artırılmasına, onların aksiyaya cəlb edilməsinə sərf olunub. Ancaq reallıqda bölgələrə ayrılan pullar Əli Kərimli tərəfindən mənimsənilib. Elə bu səbəbdəndir ki, 11 sentyabr mitinqində əyalətlərdən iştirak edən olmayıb. Aksiya başlayandan 10-15 dəqiqə sonra iştirakçıların mitinqi tərk etməsinin başlıca səbəbi kimi də məhz maliyyə fırıldağına yol verilməsi göstərilir. Belə ki, Əli Kərimli tərəfdarlarına aksiyaya daha çox insan cəlb etmək qarşılığında iştirakçılara pul veriləcəyini bildirsə də, lakin sonradan bu fikrindən daşınıb və mitinqə pulla gələn iltirakçılar sonradan aldandıqlarını görərək aksiyanı yarımçıq tərk ediblər.

Xüsusilə, Əli Kərimlinin çıxışı zamanı bu, daha nümayişkəranə şəkildə özünü göstərib. Bunun əvvəlcədən belə olacağını bilən mitinqin təşkilatçıları Taleh Bağırzadənin terrorçu tərəfdarları, islamçıların hesabına bu boşluğu doldurmağa çalışıblar. Mitinq zamanı Avropa Birliyinin bayraqlarının dalğalandırılıması ilə Milli Şuranın sifarişi hardan aldığı açıq-aşkar ortaya çıxdı.

Çayxana psixologiyasından ayrılmayan cəbhəçilər

11 sentyabr mitinqi radikalların hələ də 1988-90-cı illərin çayxana psixologiyasından ayrıla bilmədiklərini də təsdiqlədi. Aksiyada yer alan "çayın soyumağına, xalqın soyulmağına qarşıyıq" şüarı bunun bariz nümunəsi idi. Bununla radikallar, xüsusilə cəbhəçilər, Əli Kərimli və tərəfdarları bir daha təsdiq etdilər ki, aradan 25 ildən artıq vaxt keçməsinə baxmayaraq onlar hələ də çayxana psixologiyasından, ab-havasından uzağa gedə bilməyiblər. Onların başında hələ də çayxanalara yığılıb boş, mənasız müzaklirələr aparmaq yer alır. Dünya, siyasi proseslərə yanaşma dəyişsə də, Azərbaycan müxalifəti, onun radikal qanadı hələ də çayxana mühitindən kənara çıxa bilməyib. Bu cür düşüncə tərzi, mübarizə yolu ilə isə nəyəsə nail olmaq qeyri-mümkündür. Çünki Azərbaycan vətəndaşı artıq daha yeni yanaşma tərzi, sivil mübarizə yolu, seçkilərdə öz gücünü, qüvvəni ortaya qoymaq prinsipini məqbul hesab edir. Məsələyə digər aspektdən yanaşanda Kərimli tərəfdarlarının səsləndirdiyi məlum şüar öz-özlüyündə radikalların hər şeyi qara gördüyünü ortaya qoyur. Həmçinin onları cəmiyyətdə gülüş obyektinə çevirir. Məlum olduğu kimi 11 sentyabr mitinqi konstitusiyaya əlavə və dəyişikliklərə etiraz əlaməti olaraq keçirilirdi. Belə olan halda aksiyada çayın soyumasına qarşı olmaq şüarı nəyə dəlalət edir, bir qədər qəribədir. Referenduma qarşı olduğunuzu anladıq. Və bu səbəbdən hakimiyyətə nifrət hissi ilə yanaşdığınızı da başa düşdük. Amma maraqlıdır ki, çayın soyumasının hakimiyyətə nə dəxli var. Məgər hakimiyyət çayın soyumasını sürətləndirən hansısa bir avadanlıq ixtira edib ki, onu qəbul etmirsiniz? Yaxud səhərdən axşama qədər gününüzü çayxanada keçirəndə hakimiyyət nümayəndələri sizlərin çayı qaynar halda içmənizə mane olur? Göründüyü kimi, absurd və absurd olduğu qədər də gülünc bir yanaşma. Elə bu kimi gülünc doğuran məqamlara görə, Milli Şura adlanan qurumun 11 sentyabr mitinqi haqlı olaraq şou adlandırılır.

"Demokratlardan" antidemokratik yanaşma

11 sentyabr mitinqində diqqət çəkən digər bir maraqlı məqam Kərimli tərəfdarlarının Şeyx Nəsrullahlıq etmələri olub. Belə ki, Əli Kərimlinin müavini Nurəddin Məmmədli mitinqə biganə qalanları cəhənnəm əzabı ilə hədələyib. Aksiyanın aparıcısı İlham Hüseyn isə mitinqi rədd edən ziyalıları təhqir edib. Səviyyə göz qabağındadır. Bu gün müxalifətdə olduqları halda onlar kimi düşünməyənləri təhqir edən, onlara cəhənnəm əzabı arzulayan radikallar sabah Allah göstərməmiş hakimiyyətə gəlsələr Azərbaycanın 99 faizini zindanlara salar, ölümə məhkum edərlər. Əslində bu cür aksiyalarla radikalların iç üzü, əsl mahiyyəti təkrar-təkrar ortaya çıxır, xalq onların nəyə qadir olduğunu aydın görür. Görünür, cəbhəçilərdə Şeyx Nəsrullahlıq Kərimlinin Fətullah Gülənlə əlaqələrindən sonra baş qaldırıb.

Nəhayət, Milli Şuranın 11 sentyabr aksiyası adıçəkilən qurum daxilində, eyni zamanda radikal düşərgədə ciddi narazılığın, fikir ayrılığının olduğunu bir daha təsdiqləmiş oldu. Ən azından Cəmil Həsənlinin sədri olduğu qurumun aksiyasında iştirak etməməsi belə deməyə əsas verir. Digər tərəfdən Milli Şuradakı Kərimli tərəfdarlarının ardınca Müsavat Partiyasının da növbəti həftə üçün aksiya təyin etməsi radikal düşərgədəki fikir ayrılığı və ziddiyətlərin göstəricisi sayıla bilər. Bu həm də Müsavatın də özünü Qərbə təqdim etmə cəhdi və onun ayırdığı vəsaitlərdən bəhrələnmək istəyi sayıla bilər. Deməli hələ şou davam edəcək.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31