Gündəm
Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb
Sentyabrın 18-də saat 18 radələrində Zərdab rayonunun Mollakənd kəndində Ağdaş rayon sakini Qabil Rzayevin idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini Valeh Zeynalovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə Q.Rzayev hadisə yerində ölüb, sərnişinləri - Ramilə Məmmədova və qızı Dəniz xəstəxanaya yerləşdirilib. R.Məmmədova orada ölüb. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.
Avtomobil qaçıran ələ keçib
Sentyabrın 18-nə keçən gecə Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Rizvan Fərəcova məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmət və Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Vüsal Mehdiyev tutulub. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
İslam ölkələrində baş verən inqilablar İslam dünyasını tamamən məhv etmək məqsədi ilə həyata keçirilir
“İslam dünyasında baş verən prosesləri diqqətlə izləyib doğru analiz etmək lazımdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Gəncləerin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev səsləndirib.
Dələduzluq edən şəxsə 10 il cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Hidayət Atalıyevin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.
Erməni idmançılar İrana ciddi nəzarət altında buraxılacaq
İranda keçirilən idman yarışlarında bəzi idmançıların paltarlarında Azərbaycanın erməni silahlıları tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “bayrağı”nın əks etdirilməsində məqsəd İranla Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələrə zərər gətirmək və kölgə salmaq idi.
Azərbaycan BMT-nin reytinqdə mövqelərini yaxşılaşdırıb
Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə mövqelərini yaxşılaşdırıb.
Azərbaycanı “cəhənnəmə” çevirmək istəyənlərin yeni lideri
Amerika İraqı işğal edərkən gətirdiyi qanla birgə indiyə qədər davam edən siyasi islamı da miras qoydu. Səddamı asdılar və dünənə qədər xütbələr verən dindarlar tribunadan siyasi mesajlar səsləndirməyə başladı. Nəticə: İraq hələ də məzhəb qarşıdurması yaşayır.
"Qadınların velosiped sürməsi haramdır"
İranın dini lideri Əli Xameneyi qadınların ictimai yerlərdə velosiped sürməsini haram sayan yeni fətva verib. Teleqraf.com xəbər verir ki, bu barədə Xameneyinin rəsmi saytı məlumat yayıb.
BAXCP sədri AECR Şurasının toplantısında iştirak edib
Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı (AECR) Şurasının sentyabrın 16-18-də Praqada keçirilən payız iclasında Türkiyədə avqustun 15-də və daha sonra baş verən hadisələr, Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referendumun nəticələri, ABŞ-Avropa İttifaqı (Aİ) münasibətləri və miqrant problemi müzakirə olunub.
Türkiyədə terrorçular hərbi maşını partladıb: 2 yaralı
Türkiyənin Muş vilayətində PKK silahlıları hərbi maşını partladıblar. "Habertürk" qəzetinin verdiyi məlumata görə, insident nəticəsində iki hərbçi yaralanıb.
Təzə paltarı mütləq yuyun! - ÖLÜM TƏHLÜKƏSİ
Təzə paltar alanda onu geyinməzdən əvvəl yaxşıca yumaq lazımdır. Publika.az bildirir ki, dermatoloqlar xəbərdarlıq ediblər ki, təzə paltarlara köhnəlməməsi üçün bəzi kimyəvi maddələr istifadə edilir. Bu maddələr bir çox hallarda allergik reaksiyalar və dəridə səpkilər yaradır.
İsveç Rusiyanın hücumuna hazırlaşır? TƏHLÜKƏ
İsveç silahlı qüvvələri Rusiya tərəfindən yarana biləcək mümkün təhlükə barədə informasiyaları əldə etdikdən sonra bu ölkənin hökuməti Baltik dənizinin Hotland adasında daimi hərbi kontingentini yerləşdirmək qərarına gəlib. SİAxəbər verir ki, bu haqda “The Local” “Dagens Nyheter” nəşrinə istinad edərək yazır.
Əsgərlərin döyüşə hazırlıq vəziyyəti nəzarətdədir
Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ölkəmizə qarşı təhdidləri daim davam etməkdəir. Xüsisən, öz himayədarından maddi və mənəvi dəstək alan işğalçı dövlət ölkəmizi daim təzyiq altında saxlamağa çalışır. Bunun üçün isə həqiqətə uyğun olmayan informasiyalardan yararlanmaqda maraqlıdır.
Azərbaycan vətəndaşlarının siyasi iradəsini əks etdirməyən mitinqlər
Ötən həftə sonu müxalifətin radikal qanadı daha bir uğursuz cəhdə imza atdı. Xəbərlərdən də aydın olduğu kimi sentyabrın 17 və 18-də yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğu Milli Şura və Müsavat Partiyası mitinq keçirdi. Çoxları hesab edirdi ki, 11 sentyabr uğursuzluğundan sonra AXCP və onun sədri olan Əli Kərimli yenidən mitinq cəhdində bulunmayacaq.
Keçmiş məhkum qadının boyunbağısını aparıb
Paytaxtda soyğunçu yaxalanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Bakı şəhər sakini Nina Abdullayevaya məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini Namiq Bəkirov tutulub. Ətrafında aparılan araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.














