Azərbaycan vətəndaşlarının siyasi iradəsini əks etdirməyən mitinqlər

Ötən həftə sonu müxalifətin radikal qanadı daha bir uğursuz cəhdə imza atdı. Xəbərlərdən də aydın olduğu kimi sentyabrın 17 və 18-də yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğu Milli Şura və Müsavat Partiyası mitinq keçirdi. Çoxları hesab edirdi ki, 11 sentyabr uğursuzluğundan sonra AXCP və onun sədri olan Əli Kərimli yenidən mitinq cəhdində bulunmayacaq.

Bu aksiyalar yalnız xaricdən ayrılan pulların mənimsənilməsinə xidmət edir

Ötən həftə sonu müxalifətin radikal qanadı daha bir uğursuz cəhdə imza atdı. Xəbərlərdən də aydın olduğu kimi sentyabrın 17 və 18-də yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olduğu Milli Şura və Müsavat Partiyası mitinq keçirdi. Çoxları hesab edirdi ki, 11 sentyabr uğursuzluğundan sonra AXCP və onun sədri olan Əli Kərimli yenidən mitinq cəhdində bulunmayacaq. Çünki cəbhəçilərin, ən əsas da Əli Kətimlinin 11 sentyabrla bağlı gözləntiləri özünü doğrultmamışdı. Sosial şəbəkələrdə 11 sentyabr mitinqinə on minlərlə adamın çıxacağını bat-bar bağıran Əli Kərimlinin mitinq biabırçılığından sonra növbəti aksiyaya qərar verməyəcəyi ehtimal olunurdu. Lakin bu kimi uğursuzluqlar və biabırçılıqlara öyrəncəli olan AXCP sədri sentyabrın 17-nə mitinq təyin etməklə yenidən gündəmdə qalımağa cəhd göstərdi. Göründüyü kimi 17 sentyabr mitinqi əvvəlki aksiyadan daha sönük və məhdud sayda insanların iştirakı ilə yadda qaldı. Əli Kərimli hesab edirdi ki, çoxdankı arzusunu reallaşdıraraq "Məhsul" stadionuna on minləri toplaya biləcək. Ancaq nəticə göz qabağındadır. Bəs görəsən cəbhəçilərin düşündüyünün əksinə olaraq mitinqin azalan xətt üzrə inkişaf etməsinin başlıca səbəbi nə idi? Əslində bir çox səbəb mövcuddur.

Birincisi, daha doğrusu ən əsası Milli Şura adlanan qurumun, xüsusilə Əli Kərimlinin və onun rəhbərlik etdiyi partiyanın cəmiyyətdə, Azərbaycan vətəndaşları arasında nüfuzunun olmaması. Siyasi səhnəyə gələn gündən yalnız xəyanət və daha çox pul qazanmaq uğrunda çalışan Əli Kərimlinin iç üzü artıq cəmiyyət üçün aydındır. Azərbaycan xalqı çox gözəl bilir ki, Əli Kərimli öz şəxsi maraqlarının təmin olunması üçün istənilən xarici qüvvə, hətta erməni lobisi ilə belə əməkdaşlığa gedər. Ona görə də Azərbaycan ictimaiyyəti onu dəstəkləmir və Əli Kərimlinin təşkiilatçısı olduğu aksiyalara qatılmaqdan imtina edir.

İkincisi, Milli Şuranın konstitusiyaya əlavə və dəyişikliklərə etiraz adı altında keçirdiyi mitinq əslində bəlli xarici dairələrin radikallara ayırdığı maliyyə vəsaitinin mənimsənilməsinə xidmət edir. Xalq gözəl bilir ki, məhz həmin vəsaiti ələ keçirmək, ondan daha çox faydalanmaq məqsədilə məlum aksiyalar təşkil olunur. Digər tərəfdən xalq konstitusiya dəyişikliklərini dəstəklədiyi, onu məqbul hesab etdiyi üçün radikalların keçirdiyi aksiyalara qataılmır.

Üçüncüsü, Əli Kərimlinin 11 sentyabr mitinqində aksiyada iştirak edənləri aldatması, onların böyük əıksəriyyərtinə vəd edilən məbləğin verilməməsi 17 sentyabr aksiyasına daha az adamın qatılmasını şərtləndirdi. Artıq hər kəsə gün kimi aydındır ki, radikal müxalifət onların maraqlarına xidmət edən xarici

dairələrdən referendum ərəfəsində ölkədəki siyasi sabitliyi pozmaq üçün sifariş alıb. Kütləvi aksiyaların keçirilməsi də həmin siyasi sifarişin bir hissəsidir. Təbii ki, sifarişi verənlər Əli Kərimliyə də görüm-baxım ediblər. Ancaq Əli Kərimli hər zaman olduğu kimi bu dəfə də xaricdən aldığı vəsaiti mənimsəməyə üstünlük verib. Elə 17 sentyabr mitinqinə az adamın qatılmasını şərtləndirən amillərdən biri də bundan ibarətdir.

Dördüncüsü, AXCP və Müsavat Partiyasının birlikdə deyil, ayri-ayrılıqda mitinq keçirməsi də məhdud sayda olan narazı təbəqənin maraqlarına cavab vermirdi. Düzdür, 11 sentyabr mitinqi zamanı müsavatçılar Milli Şuranın mitinqinə dəstək versə də, lakin cəbhəçilər, xüsusilə Əli Kərimli bu jestin qarşısında Müsavata dirsək göstərdi. Adıçəkilən partiyanın sentyabrın 18-nə təyin etdiyi aksiyadan bir gün əvvələ mitinq təyin etməklə xəyanətkar obrazını bir daha cəmiyyətə göstərdi. Halbuki tərəflər arasında ilkin razılaşma cəbhəçilərin Müsavatın mitinqinə, müsavatçıların isə Milli Şuranın aksiyasına dəstək verəcəyindən ibarət idi. Ancaq göründüyü kimi hər iki qüvvə bir-birindən ayrı aksiya keçirməyə üstünlük verdi ki, bu da narazı elektoratı qıcıqlandırdı. Nəticə etibarilə həmin insanlar heç bir aksiyaya dəstək vermədi.

Nəhayət, cəmiyyətin Milli Şuranıən mitinqinə dəstək verməməsinin səbəblərindən biri də Əli Kərimlinin erməni lobbisi ilə yaxından əməkdaşlıq etməsi barədə yayılan xəbərlərin öz təsdiqini tapmasıdır. Belə ki, sentyabrın 15-də Birləşmiş Ştatlar Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası Azərbaycanla bağlı dinləmələr keçirib. Dinləmələrdə Xədicə İsmayıl, Əli Kərimlinin oğlu Türkel Kərimli və Birləşmiş Ştatların Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər. Maraqlısı odur ki, iştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporunun təmsilçiləri olublar. Tədbirdə erməni diasporunun fəallarından olan Armen Saakyan da iştirak edib. Hansı ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. Məhz bu amil Əli Kərimlinin 11 sentyabr mitinqinə dəstək verənlərin sentyabrın 17-də ondan üz döndərməsinə yol açıb.

Müsavat Partiyasına gəlincə isə bu partiyanın mitinqinin həddən artıq sönük olacağı gözlənilən idi. Çünki məlum qurultay qalmaqalından sonra yeni başkan Arif Hacılının partiyada sərgilədiyi diktatorlara xas xüsusiyyət əksər müsavatçıları partiyadan incik salıb. Həmçinin partiya son 5-10 ildəki nüfuzunu tamamilə itirib. Arif Hacılının Müsavata başkan gətirilmıəsinin nə qədər uğursuz seçim olduğunu İsa Qəmbər 18 sentyabr mitinqində bir daha dərk etdi. "Arif Hacılının çağırışı ilə heç kim mitinqə çıxmaz" fikri bir daha təsdiqini tapdı.

Ümumilikdə, proseslərə nəzər saldıqda belə qənaətə gəlmək mümkümndür ki, istər 17, istərə sə 18 sentyabr mitinqi birmənalı şəkildə Azərbaycan vətəndaşlarının siyasi iradəsini əks etdirmirdi. Bu aksiya Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən Qərb dairələrinin Azəbaycan hökumətinə qarşı güc nümayişi cəhdidir. Müxalifətin radikal qanadının təşkil etdiyi bu mitinqlərin bütün proqram və tezisləri Qərb ölkələrinin Bakıdakı səfirliklərində hazırlanaraq, təşkilatçılara təqdim edilib. Bu amilin özü də cəmiyyətin getdikcə radikallara olan nifrətinin artmasına gətirib çıxarır ki, nəticədə onların keçirdiyi aksiyalara az sayda insanlar, yalnız partiya liderlərinin yaxın ətrafı qatılır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31