Rubinyan: “Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi qaçılmazdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bəyan edib ki, ölkə Konstitusiyasının dəyişdirilməsi xarici gündəmdən deyil, daxili tələbatdan irəli gəlir. O, Azərbaycanın yeni Konstitusiya qəbul olunmadan sülh sazişinin imzalanmayacağı ilə bağlı mövqeyini "tələb" deyil, "şərt" adlandıraraq İrəvanın bu yanaşmanı qəbul etmədiyini, lakin mövcud reallıqların nəzərə alındığını bildirib. Rubinyan Ermənistan ilə Türkiyə arasında sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün heç bir maneə görmədiyini, Ankaranın addımlarını gözlədiklərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi qaçılmazdır, lakin hələ də delimitasiya və sülh sazişinin imzalanması kimi həllini gözləyən məsələlər qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31