Avtoqəzada 1 nəfər ölüb, 2-si yaralanıb

Sentyabrın 18-də saat 18 radələrində Zərdab rayonunun Mollakənd kəndində Ağdaş rayon sakini Qabil Rzayevin idarə etdiyi “VAZ-2106” və Ağcabədi rayon sakini Valeh Zeynalovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə Q.Rzayev hadisə yerində ölüb, sərnişinləri - Ramilə Məmmədova və qızı Dəniz xəstəxanaya yerləşdirilib. R.Məmmədova orada ölüb. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.

Sentyabrın 18-də saat 18 radələrində Zərdab rayonunun Mollakənd kəndində Ağdaş rayon sakini Qabil Rzayevin idarə etdiyi "VAZ-2106" və Ağcabədi rayon sakini Valeh Zeynalovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə Q.Rzayev hadisə yerində ölüb, sərnişinləri - Ramilə Məmmədova və qızı Dəniz xəstəxanaya yerləşdirilib. R.Məmmədova orada ölüb.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31