Avropa xəstəxanalarında ölümcül "superbakteriya" sürətlə yayılır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa xəstəxanalarında hətta ən yeni antibiotiklərə belə davamlı olan təhlükəli "superbakteriya" sürətlə yayılır. "Politico" nəşrinin Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin (ECDC) hesabatlarına istinadən yaydığı məlumata görə, 2019-2025-ci illər ərzində müalicəyə tabe olmayan "Klebsiella pneumoniae" ştammlarına yoluxma halları 72 faiz artıb. Əsasən ağciyərləri zədələyərək pnevmoniyaya, eləcə də digər orqanların xəstəliklərinə səbəb olan bu infeksiyalar nəticəsində ölüm göstəricisi 40-70 faiz təşkil edir. Həkimlər vəziyyəti səhiyyə sistemi üçün ciddi təhdid adlandırır, ECDC isə tibb müəssisələrində fərdi mühafizə vasitələrindən istifadə və dezinfeksiya kimi sanitar normalara ciddi əməl olunmasının vacibliyini vurğulayır. 

Qeyd olunur ki, bu növ bakteriyaların yaratdığı xəstəliklərdən Avropa İttifaqı ölkələri, Norveç və İslandiyada hər il təxminən 35 min insan həyatını itirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31