Dələduzluq edən şəxsə 10 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Hidayət Atalıyevin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə dələduzluqda təqsirləndirilərək həbs edilən Hidayət Atalıyevin cinayət işi üzə məhkəmə prosesi başa çatıb.

Məlumata görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Atalıyev 10 il azadlıqdan məhrum edilib.

İttihama görə, H.Atalıyev Lerikdə bir-neçə nəfəri aldadaraq onlardan işə düzəltmək adı ilə külli miqdarda pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaq) maddəsi ilə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31