Gündəm
Sürəyya və Leylanın "ölüm səfəri"nə çıxdığı avtomobilin - DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ
Bir neçə gün əvvəl Novxanı qəsəbəsi ərazisində Sumqayıtdan Bakıya işə gələrkən dəhşətli qəzaya düşən bacılardan ikincisi də bu gün vəfat etdi.
Nyu-Yorku ABŞ vətəndaşı qana bulayıbmış
Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. Report xəbər verir ki, bu barədə Nyu-York Şəhər Polis İdarəsinin rəisi öz "Twitter" səhifəsində yazıb.
2080-ci ildə insanlar onu tapmayacaqlar
İqlim dəyişikliyi qəhvə plantasiyalarına mənfi təsir göstərir. Modern.az xəbər verir ki, bu barədə Avstraliya İqlim İnstitutunun mütəxəssisləri apardıqları araşdırmada yazırlar. Hesabatda göstərilir ki, 2050-ci il üçün qəhvə əkilən torpaq sahələri 2 dəfə azalacaq. 2080-ci ilə qədər isə Yer kürəsində qəhvə bitkisi məhv olacaq.
Sürüşmə sahəsi xeyli fəallaşdı: 120-130 ev TƏHLÜKƏDƏ
Fransa Senatından erməniləri üzən qərar
Fransa Senatı "erməni sıyqırımı"ı ilə bağlı növbəti qanunu müzakirə edərkən "soyqırımının inkarı"na görə cinayət məsuliyyətini nəzərdə tutan maddəni layihədən çıxarıb.
"Fərat qalxanı" Türkiyənin təhlükəsizliyi məqsədilə aparılır
Suriyada "Fərat qalxanı" hərbi əməliyyatı Türkiyənin təhlükəsizliyi məqsədilə aparılır.
"O mühacirlər Avropada küçə süpürməklə məşğuldurlar"
"Müxalifətin mitinqinə toplaşanların əksəriyyətinin arzusu saxta yollarla siyasi mühacir statusu almaqdır. Onlar mitinqdə "selfi" çəkdirərək, siyasi mühacir sənədləri düzəltdirmək istəyirlər".
Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
İran sənətçiləri Lənkəran teatrında
II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının “Neğab” teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar. Teatrın sexləri, burada yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib.
“Musiqi bayramı” keçiriləcək
11 noyabr 2016-cı ildə “Excelsior Hotel & Spa Baku” otelində “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bayram tədbirində gözəl səs sahibləri, “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkə repertuarlarından mahnılar səslənəcək.
Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol təmir olunur
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. “OLAYLAR”-ın xəbərinə görə, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. 19 sentyabr 2016-cı ildə Atbulaq-Nəvai mənzilində 11 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri bir həftə davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Dəyişikliklər dövlətimizin gələcək inkişafı üçün önəmlidir
“Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin keçirilməsi məhz ölkəmizdə müxtəlif sahələri əhatə edən islahatların məntiqi davamıdır”. “OLAYLAR”-ın yap.org. az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov səsləndirib.
BMT-nin xüsusi məruzəçisi Mətbuat Şurasında olub
Bu gün BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycan Mətbuat Şurasında olub.
Bakcell rebrendinq olunmuş korporativ təkliflər portfelini təqdim edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə korporativ seqmenti əhatə edən məhsul və xidmət təklifləri portfelinin rebrendinq edildiyini elan edir. Şirkət korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsini öz qarşısına məqsəd qoyaraq, korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllərin təmin edilməsi üzərində işləyir. Yeni dəyişikliklərlə yanaşı, şirkətin korporativ müştərilər üçün məhsul və xidmət təklifləri portfelinin adı “Gold”dan “Bakcell Business” adına dəyişdirilib.
Avtoqəzada sürücünün anası ölüb, özü isə xəstəxanalıq olub
Sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Səfikürd kəndində Rusiya Federasiyası vətəndaşı Cənnət Rəsulov idarə etdiyi “VAZ-21072” markalı avtomobili aşırıb. DİN-dən verilən məlumata görə, nəticədə C.Rəsulovun sərnişini, anası Kifayət hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Goranboy RPŞ tərəfindən araşdırma aparılır.














