Gündəm
16 gün ərzində 6 milyon insan sərxoş olacaq
Sentyabrın 17-də Almaniyada məşhur "Oktoberfest" payız bayramına start verilib. Yağışlı havaya rəğmən, Avropanın məşhur pivə festivalının paytaxtı Münhen olaraq qalıb. Bayramın ilk günündən etibarən pivə çadırlarına on minlərlə adam axışıb.
Vergilər Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi birgə təlimlərə başlayıb
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin müstəntiqləri və təhqiqatçılarının cinayət və cinayət-prosessual qanunvericiliyi üzrə nəzəri biliklərinin və praktiki hazırlıqlarının artırılması məqsədilə Vergilər Nazirliyi və Baş Prokurorluğun rəhbərliyi tərəfindən imzalanmış əmrə əsasən sentyabrın 18-dən etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında birgə təlimlərə başlanılmışdır.
"Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri Qubada seçicilərlə görüşdü
Quba rayonunda Referendum üzrə "Vətəndaş Cəmiyyəti " təşviqat qrupunun səlahiyyətli nümayəndələri rayon seçiciləri ilə növbəti görüş keçiriblər. Quba və ətraf rayonların sakinlərinin qatıldığı görüşdə bu ayın 26 sentyabrında ölkəmizdə keçiriləcək referendum və onun əhəmiyyəti barədə çıxışlar edilib, suallar cavablandırılıb.
Sevinc Tofiqqızı media nümayəndələri ilə görüşüb
Bəstəkar Sevinc Tofiqqızı media nümayəndələri ilə görüşüb. "Olaylar"az-ın məlumatına görə, tədbirdə bəstəkarın "Həyat gözəldir" adlı mahnısına çəkdirdiyi ekran işi təqdim olunub.
Deputat: "Vaxt gələcək, müxalifət erməni bayrağı qaldıracaq"
"Azərbaycanın radikal müxalifətinin fəaliyyəti, son dövrlərdəki çağırışları, mitinqlərdə səsləndirdiyi fikirlər xaricdəki antiazərbaycan qüvvələrinin, hətta bir qədər də irəli gedərək demək istərdim ki, erməni diaspor təşkilatlarının fikirləri ilə üst-üstə düşür".
Ombudsmanın əməkdaşları cəzaçəkmə müəssisələrinə başçəkmə keçiriblər
Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləriƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 və 10 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Sumqayıt şəhərində qida üçün yararsız olan balıq satışının qarşısı alınmışdır
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.
Nazirin qəbul vaxtı dəyişdirildi
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtər rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.
Xalq Artistlərinin yubileyləri qeyd olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki qocaman sənətkar və Xalq Artistinin yubileyi münasibətilə yeni tamaşanın hazırlıqlarına start verilib.
Qəbələ və Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qaz verilib
Neftçilər günü ərəfəsində Qəbələ və Lənkəran rayonlarının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, 1525 abonenti olan Qəbələnin Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 196471 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
"McDonald's" 500 mln. dollar cərimələnə bilər
ABŞ-ın "McDonald's" restoranlar şəbəkəsi, Lüksemburqda vergiləri ödəmədiyi üçün 500 mln. dollar cərimələnə bilər.
DƏHŞƏT: Cinsi əlaqəyə razı olmayan 19 qadını diri-diri yandırdılar
İŞİD Mosulda 19 qadını qəfəsə salaraq diri-diri yandırıb.
Elman Məmmədov: Milli Şura xaricdən Azərbaycanda sabitliyi pozmaq tapşırığı alıb
"Milli Şura" adı ilə meydana çıxan bu qeyri-milli toplum özünün bütün fəaliyyəti ilə sübut edir ki, bunlar nəyəsə nail olmaq üçün təkcə hakimiyyətə qarşı müxalif deyil, dövlətçiliyimizə, millətimizə, müstəqilliyimizə qarşı da müxalifdirlər, düşmən mövqedə dururlar.
Merkel miqrantların sayına limit tətbiq etmək istəmir
Almaniya Kansleri Angela Merkel ölkədə miqrantların sayına limit tətbiq etmək niyyətində deyil. RİA Novosti-nin verdiyi məlumata görə, o bildirib ki, statistik say problemləri həll etməyəcək. Lakin A.Merkel qeyd edib ki, hökumət qaçqınların sayını azaltmaq üzərində işləyəcək.
Nazirlikdən “International Medical Center”dəki ölüm faktına münasibət
Səhiyyə Nazirliyindən sentyabrın 17-də “International Medical Center” klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.














