Qəbələ və Lənkəranın daha iki yaşayış məntəqəsinə təbii qaz verilib
Neftçilər günü ərəfəsində Qəbələ və Lənkəran rayonlarının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, 1525 abonenti olan Qəbələnin Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 196471 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
19 Sentyabr 2016 17:58 SosialNeftçilər günü ərəfəsində Qəbələ və Lənkəran rayonlarının daha iki yaşayış məntəqəsinə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, 1525 abonenti olan Qəbələnin Nic qəsəbəsinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 196471 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb. Lənkəran rayonunun 349 abonenti olan Ləj kəndinə yenidən təbii qazın verilməsi ilə əlaqədar keçirilən mərasimdə vurğulanıb ki, qazlaşdırma işləri zamanı 17870 metrlik müxtəlif diametrli polietilen və metal borulardan istisfadə olunub, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.