Nazirlikdən “International Medical Center”dəki ölüm faktına münasibət
Səhiyyə Nazirliyindən sentyabrın 17-də “International Medical Center” klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.
19 Sentyabr 2016 17:47 SosialSəhiyyə Nazirliyindən sentyabrın 17-də "International Medical Center" klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparmır.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, ya mərhum Şəhla Əliyevanın yaxınları, ya da hüquq-mühafizə orqanları Səhiyyə Nazirliyinə hadisə ilə əlaqədar araşdırma aparılması üçün müraciət etməlidirlər. Lakin indiyədək nə mərhumun yaxınları, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olmayıb. Bu səbəbdən də Səhiyyə Nazirliyi özəl klinikdada baş vermiş bu hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.
Xatırladaq ki, sentyabrın 17-də "International Medical Center" klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.