16 gün ərzində 6 milyon insan sərxoş olacaq
Sentyabrın 17-də Almaniyada məşhur "Oktoberfest" payız bayramına start verilib. Yağışlı havaya rəğmən, Avropanın məşhur pivə festivalının paytaxtı Münhen olaraq qalıb. Bayramın ilk günündən etibarən pivə çadırlarına on minlərlə adam axışıb.
19 Sentyabr 2016 18:44 DünyaSentyabrın 17-də Almaniyada məşhur "Oktoberfest" payız bayramına start verilib. Yağışlı havaya rəğmən, Avropanın məşhur pivə festivalının paytaxtı Münhen olaraq qalıb. Bayramın ilk günündən etibarən pivə çadırlarına on minlərlə adam axışıb.
Publika.az bildirir ki, oktyabrın 3-də yekunlaşacaq festivala 6 milyon iştirakçının qatılacağı proqnozlaşdırılır.
Festivalın builki təşkilatçıları Avropadakı ümumi təhlükəsizlik proqramına qoşularaq, xüsusi qabaqlayıcı tədbirlər planı hazırlayıblar. Festival iştirakçılarına əraziyə daxil olarkən özləri ilə irihəcmli bel çantaları gətirməyə də qadağa qoyulub.
Müsabiqə şərtlərinə görə, festivala qatılanlar Bavariya kostyumları geyinməli və şəkil çəkdirərək instaqram və digər sosial şəbəkələrdə mütəmadi paylaşımlar etməlidirlər.