“Musiqi bayramı” keçiriləcək

11 noyabr 2016-cı ildə “Excelsior Hotel & Spa Baku” otelində “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, bayram tədbirində gözəl səs sahibləri, “Excelsior Hotel & Spa Baku” otelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkə repertuarlarından mahnılar səslənəcək.

11 noyabr 2016-cı ildə "Excelsior Hotel & Spa Baku" otelində "AtaHoldinq" Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə "Musiqi bayramı" keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, bayram tədbirində gözəl səs sahibləri, "Excelsior Hotel & Spa Baku" otelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkə repertuarlarından mahnılar səslənəcək.
Bundan başqa Azərbaycanın görkəmli xalq artisti Müslüm Maqomayevin və dünya şöhrətli rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş olunacaq.  "AtaHoldinq" Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova qeyd etdi ki, daxili kommunikasiyalar planına əsasən il ərzində müxtəlif maraqlı tədbirlər keçirilir və cari ilin sonunadək daha bir neçə tədbir həyata keçiriləcək. Belə ki, bu cür tədbirlər nəinki komanda hissini qoruyub saxlamağa və möhkəmlətməyə, həm də əməkdaşların müxtəlif istedadlarını aşkar etməyə, onların müxtəlif qabiliyyətlərini də üzə çıxarmağa kömək edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31