Fransa Senatından erməniləri üzən qərar
Fransa Senatı "erməni sıyqırımı"ı ilə bağlı növbəti qanunu müzakirə edərkən "soyqırımının inkarı"na görə cinayət məsuliyyətini nəzərdə tutan maddəni layihədən çıxarıb.
19 Sentyabr 2016 17:32 DünyaFransa Senatı "erməni sıyqırımı"ı ilə bağlı növbəti qanunu müzakirə edərkən "soyqırımının inkarı"na görə cinayət məsuliyyətini nəzərdə tutan maddəni layihədən çıxarıb.
Modern.az xəbər verir ki, senatın bərabərlik və vətəndaşlıqla bağlı xüsusi komissiyası qanun layihəsində "erməni soyqırımı"nı kriminallaşdıran müddəanı Fransanın demokratik ənənələrinə və fikir azadlığına zidd sayaraq mətndən çıxarıb.
Beləliklə, Fransa konstitusiyasına görə, layihə yenidən ölkə parlamentinə geri qaytarılıb.
Xatırladaq ki, qanun layihəsi "erməni soyqırımı"nın inkarına görə 1 ilə qədər həbs, yaxud 45 min avroya qədər cəriməni nəzərdə tuturdu.