İran sənətçiləri Lənkəran teatrında
II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının “Neğab” teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar. Teatrın sexləri, burada yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib.
19 Sentyabr 2016 17:25 SosialII Şəki Beynəlxalq Teatr Festivalında iştirak etmiş İran İslam Respublikasının "Neğab" teatrının rejissor və aktyorları Lənkəran Dövlət Dram Teatrında olublar. Teatrın sexləri, burada yaradılmış şəraitlə tanışlıqdan sonra truppanın üzvləri ilə görüş keçirilib. Mədəniyyət və Tuirizm Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, görüş zamanı iranlı sənətçilərə Lənkəran teatrının yaradıcılıq fəaliyyəti, son illər əldə etdiyi uğurlar barədə məlumat verilib. "Neğab" teatrının rejissoru Xeyrullah Təğiyənipur isə öz növbəsində II Şəki Beynəlxalq Teatr Festivalı barəsində təəssüratlarını dilə gətirərək, Azərbaycanda beynəlxalq səviyyədə belə bir sənət yarışmasının keçirilməsinin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edib. Görüşün sonunda Lənkəran Dövlət Dram Teatrının təsis etdiyi "Mövsümün ən yaxşı quruluşçu rejissoru" nominasiyası üzrə diplom "İlan Sultan" tamaşasına görə iranlı rejissor Xeyrullah Təğiyənipura təqdim olunub.