Nyu-Yorku ABŞ vətəndaşı qana bulayıbmış
Nyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb. Report xəbər verir ki, bu barədə Nyu-York Şəhər Polis İdarəsinin rəisi öz "Twitter" səhifəsində yazıb.
19 Sentyabr 2016 17:38 DünyaNyu-Yorkda partlayış törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb.
Report xəbər verir ki, bu barədə Nyu-York Şəhər Polis İdarəsinin rəisi öz "Twitter" səhifəsində yazıb.
Məlumata görə, həmin şəxs 28 yaşlı ABŞ vətəndaşı, Nyu-Cersi sakini Əhməd Xan Raxamidir.
Xatırladaq ki, sentyabrın 17-də Nyu-Yorkun Çelsi rayonunda törədilən partlayış nəticəsində 29 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31