Gündəm
Qoyun oğruları saxlanıb
Daşkəsəndə mal-qara oğruları saxlanıb. DİN-dən verilən məlumata görə, Daşkəsən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da və 11-də rayon sakinləri Etibar Alıyevə məxsus 2 baş qoyunu və Füzuli Məmmədova məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən Xoşbulaq kənd sakini Teymur Abbasov və Gəncə şəhər sakini Mehman Verdiyev tutulublar. Araşdırma zamanı onların hər ikisinin əvvəllər məhkum olunmaları müəyyən olunub.
KFC-də uşaqların NƏDƏN ZƏHƏRLƏNDİKLƏRİ BİLİNDİ
Sentyabrın 14-də KFC-də 3 uşağın zəhərlənməsi ilə bağlı müraciət araşdırılıb. Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, bu barədə uşaqların valideyni də onlara müraciət edib: "Zəhərlənən uşaqlardan birinin valideyni Zaur Mirzəzadə bizə müraciət edərək, uşaqların məhz KFC-də qidalanandan sonra zəhərləndiklərini deyib. Sentyabrın 14-də 3 uşaq - Mirzəzadə Rəfael (4 yaş), Elgün Həsənzadə (10 yaş), Mövlanə Bayramlı (7 yaş) Nəsimi rayonu ərazisində yerləşən KFC-də qidalanıblar. Onlar ishal və qusma ilə sentyabrın 15-də 1 nömrəli infeksion xəstəliklər şöbəsinə yerləşdiriliblər. Rəfael Mirzəzadəyə qastroenterit diaqnozu qoyulub. Onun mədəsi yuyulub və xəstəxanada saxlanılıb. Digər uşaqların ailələri isə xəstəxanada saxlanmasını istəməyiblər. Lakin ayın 17-də digər iki uşağın da vəziyyəti pisləşib və onlar təkrar xəstəxanaya yerləşdiriliblər. Xəstələrin qusma və ishal nümunələrindən aparılan laborator müayinələr nəticəsində klipsella bakteriyaları aşkarlanıb. Hazırda uşaqlar xəstəxanadadırlar".
Baş Qərargah rəhbəri: Türkiyə SQ-da təmizləmə işləri davam etdirilir
Türkiyədə hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülən tərəfdarlarının ölkə Silahlı Qüvvələri tərkibində aşkar edilərək xaric edilməsi prosesi davam etdirilir. "Milliyet" qəzeti məlumat verir ki, bunu Türkiyə Baş Qərargah rəhbəri Hulusi Akar deyib.
İŞİD-in əlaqələndiricisi tutuldu
Türkiyə polisinin İŞİD terror təşkilatına qarşı xüsusi əməliyyatı zamanı 24 terrorçu, həmçinin terror aktlarının əlaqələndiricisi olan Əli Əl-Aqqal tutulub. "Haber 7" qəzetinin verdiyi məlumata görə, saxlanılıan terrorçular əlaqələndiricidən terror aktları törətmək üçün partlayıcı qurğular almalı idilər.
Ukrayna azərbaycanlıları prezident Poroşenkoya məktub göndəriblər
Ukraynada yaşayan azərbaycanlılar ölkə prezidenti Pyotr Poroşenko və daxili işlər naziri Arsen Avakova məktub ünvanlayıblar.
Hakim Cahangir Hacıyevin vəkilindən şikayət edəcək
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-ə təxirə salınıb.
Yunanıstandakı türk məktəbləri bağlandı
Yunanıstan hökuməti Qərbi Frakiya bölgəsində 9 türk dilli məktəbin qapısını bağlayıb, habelə məktəblərdə türkcə dərslərin saatlarını da azaldıb.
Referendumla əlaqədar dərslər dayandırılacaq? - RƏSMİ CAVAB
Azərbaycan Təhsil Nazirliyi seçki məntəqələrinin əsasən, orta məktəblərdə yaradıldığını nəzərə alaraq, referendum öncəsi və sonrası, yəni sentyabrın 24-də və 27-də dərslərin keçirilib-keçirilməcəyinə aydınlıq gətirib.
Bakıdakı məktəblərdən birinin fəaliyyəti dayandırılıb
Yeni tədris ilindən Bakıda fəaliyyət göstərən Yasamal rayonu C.Cabbarlı adına 161 saylı orta məktəbin fəaliyyəti dayandırılıb.APA-nın xəbərinə görə, 161 nömrəli məktəbin müəllim-şagird kontingenti 173 və 225 nömrəli məktəbə köçürülüb.
Elektron ticarətin həcmi 3% artıb
Bu il Azərbaycanda elektron ticarətin həcmi 3%-ə qədər artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında elektron qaydada pərakəndə ticarət şəbəkəsində 9,6 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,6 faiz çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsilə qeyri-ərzaq məhsullarının satışı əvvəlki ilin yanvar-avqust aylarının səviyyəsini real ifadədə 0,9 faiz üstələyərək 9,3 milyon manata bərabər olub.
Vahid Əhmədov: “Dövlət qurumları deputatın sorğusuna cavab verməlidirlər”
“Dövlət qurumları deputatın sorğusuna ya müsbət, ya da mənfi olsun, ancaq bu cavabı verməlidir. Ancaq bunu etmirlər”. “Olaylar” xəbər verir ki, bu fikri millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən islasında MBNP sədri Rüfət Aslanlıya ölkədəki bank sektorunda yaranməş vəziyyyətlə bağlı ünvanladığı təkliflər paketinə cavab verilməməsi ilə bağlı deyib.
Bank olmayan təşkilatlar vətəndaşları aldadır
Bank olmayan qurumlar insanları aldadırlar. “Olaylar”xəbər verir ki, bu fikri Millli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, bu gün daxili kredit məsləsi ciddi narahatçılıq doğurur. “Ona görə ki, bank olmayan qurumlar Bakı küçələrində reklam yerləşdirərək vətəndaşlara kredit təklif edir. Bu çox ciddi narahatedici vəziyyətdir. Bundan sonra vətəndaş əziyyət çəkir. Çünki bu zaman kredit verənlə alan arasında müqavilə olmadığından, sonda ciddi problemlər yaranır.
Vətəndaşların banklara etimadı artır
Son aylarda vətəndaşların banklara olan etimadı nisəbətən bərpa edilməkdədir. “Olaylar” xəbər verir ki, bu fikri MBNP sədri Rüfət Aslanlı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səslənidirib.
Liviyanın uğursuz cəhdi və Maduronun açıqlaması nefti bahalaşdırır
Dünya bazarında neft bahalaşıb. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,81 dollar artaraq 43,84 dollar təşkil edib.
Azərbaycanlı aktyorlar səhnəyə “pampers”də çıxdı - Təzyiqlər başladı
ADO teatrının yeni təqdim etdiyi "GOTT və ya Cənnətin işğalı" adlı tamaşası sənət adamları arasında böyük narazılığa səbəb olub.














