Hakim Cahangir Hacıyevin vəkilindən şikayət edəcək
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-ə təxirə salınıb.
19 Sentyabr 2016 15:44 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 21-ə təxirə salınıb.
Məlumata görə, prosesin fasilədən sonra davam etdirilməsi nəzərdə tutulsa da, təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyevlə Cahangir Hacıyevin vəkili Aqil Layıcovun fasilədən sonra iclasa gəlməyiblər. Proses bu səbəbdən təxirə düşüb. Hakim vəkillərlə bağlı Vəkillər Kollegiyasına şikayət məktubu ilə müraciət olunacağını deyib.