İslam ölkələrində baş verən inqilablar İslam dünyasını tamamən məhv etmək məqsədi ilə həyata keçirilir
“İslam dünyasında baş verən prosesləri diqqətlə izləyib doğru analiz etmək lazımdır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Gəncləerin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev səsləndirib.
19 Sentyabr 2016 17:07 Sosial"İslam dünyasında baş verən prosesləri diqqətlə izləyib doğru analiz etmək lazımdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Gəncləerin Mənəvi İnkişafı İctimai Birliyinin sədri Ramiq Vəliyev səsləndirib. O, bildirib ki, Qərbin düşüncə quruluşlarında hazırlanan planlara əsasən İslam ölkələrində baş verən inqilablar, işğallar, bölüb parçalamalar, ölkələrin xəritələrinin dəyişdirilməsi, müsəlmanlar arasında məzhəb müharibələri salmaq kimi hərəkətlər İslam dünyasını tamamən məhv etmək məqsədi ilə həyata keçirilir: "Bu günə qədər baş verənlər İslam ölkələrinin təkbaşına imperialist planlar qarşısında aciz qaldığını göstərir. Belə olduğu halda hər bir ölkə sıranın nə zaman özünə çatacağını gözləməkdənsə İslam həmrəyliyinin təsis edilməsi, İslam birliyinin qurulması istiqamətində səmimi şəkildə fəaliyyət göstərməlidir. Müsəlman ölkələr dünyada qütbləşmiş iki qüvvə arasında gedən şiddətli mübarizənin qurbanına çevrilməkdədir. Əgər sayıları 60-dan yuxarı olan İslam ölkələri öz aralarında güclü ittifaq və birlik qurarlarsa iki qütb arasında baş verən mübarizənin qurbanı olmaqdan qurtulub müstəqil güc halına gələrlər. Bunu imkansız saymaq, belə bir birliyin qurulmasını mümkünsüz hesab etmək İslam dünyasının məhv edilməsi planı ilə razılaşmaq mənasına gəlməkdədir".