Gündəm

TANAP-ın tikintisi üzrə işlərin 31 faizdən çoxu başa çatıb

20 Sentyabr 2016 13:21

Cari ilin avqust ayına qədər Transanadolu (TANAP) boru kəmərinin tikintisi layihəsi üzrə işlərin 31,4 faizi yerinə yetirilib.

Ərdoğan: Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıla bilər

20 Sentyabr 2016 13:20

Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində Türkiyədə tətbiq edilmiş fövqəladə vəziyyət rejimi uzadıla bilər.

Ermənilərin ümidi soyunmaqdan həzz alana qalıb

20 Sentyabr 2016 13:16

ABŞ-ın ən məşhur realiti-şou ulduzlarından biri, pornoqrafik videoları yayılandan sonra populyarlaşan Kim Kardaşyan New York Times qəzetində qondarma "erməni soyqırım"ı ilə bağlı reklam məqaləsi dərc etdirib.

Övladların valideyn qarşısındakı vəzifələri

20 Sentyabr 2016 13:14

Övladlarını cəmiyyətə tərbiyəli, yararlı bir insan kimi təqdim etmək hər bir valideynin ən böyük arzusu, hətta ən əsas vəzifəsidir. Azərbaycanda valideynlərin bir çoxu uşaqlarını mühafizəkar üsullarla tərbiyə etməyə üstünlük verir. Bəzi valideynlər hətta zorakı üsullardan istifadə edir. Bu baxımdan, övlad tərbiyə etmək valideynlərin üzərinə düşən, həssaslıq və məsuliyyət tələb edən bir işdir.

Ölkəmizdə insan hüquqları Konstitusiya tələblərinə görə qorunur

20 Sentyabr 2016 13:11

Sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan ümumxalq səsverməsinə çıxarılacaq bir sıra məsələlər birbaşa vətəndaşların hüquqlarının etibarlı təminatçısı olması ilə diqqəti çəkir. Ümumiyyətlə, bu əlavə və dəyişikliklərin hüquqi sahədə - qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquqlarının qorunması və digər istiqamətlərdə əhəmiyyəli rol oynayacağı şübhə doğurmur.

Elçin Hüseynbəyli yazır... Qırx il bu dövlətə işləmişəm e...

20 Sentyabr 2016 13:08

“...Həddən artıq humanistlik sarsaqlıq əlamətidir...” Bunu məndən qabaq deyiblər, yoxsa özümdən uydurmuşam, yadımda deyil, ancaq yaxşı fikirdir... Bu yazıya bir girişdi, sonrası sürüşdü...

Uşaqlarda nitq qüsurunu aradan qaldırmağın yolları

20 Sentyabr 2016 13:07

Son illər cəmiyyətdə, xüsusilə uşaqlar arasında yayılan problemlərdən biri də nitq qüsurudur. Bir qayda olaraq nitq qüsurundan əziyyət çəkən uşaqların vaxtında həkimə göstərilməsi, həmin uşaqlarla xüsusi məşğul olmaq zərurəti meydana çıxsa da, lakin bəzi hallarda valideynlər məsuliyyətsizlik edərək bu probleminin həllini zamanın öhdəsinə buraxırlar.

Müsabiqə elanı

20 Sentyabr 2016 13:05

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə birlikdə Azərbaycanın Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi keçirir.

Onlar qəhrəmanlarımızı tanıdırlar

20 Sentyabr 2016 13:03

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən hesab edilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq işlər aparılır.

Amerikadakı seçkilər regiona nə vəd edir?

20 Sentyabr 2016 13:00

Birləşmiş Ştatlarda seçki mübarizəsi davam edir. İlkin dəyərləndirmə ondan ibarətdir ki, seçkilərdə əsas mübarizə Donald Tramp və Hillari Klinton arasında gedəcək. Bəs görəsən hansı namizədin seçilməsi yerləşdiyimiz region, eləcə də Türkiyə və Azərbaycan üçün daha faydalıdır? Bu və digər suallara aydınlıq gətirmək üçün Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik.

Millətə və dövlətə qənim kəsilənlər…

20 Sentyabr 2016 12:58

Azərbaycan müxalifətinin referendumöncəsi keçirmək istədiyi “aksiyalar” bu düşərgədə əməlli-başlı qalmaqala səbəb olub. Daha doğrusu, “mitinq siyasəti” müxalifətdə təmsil olunanların bir-birini “vurması” üçün göydəndüşmə fürsətə çevrilib.

Bolqarıstan prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvləri ilə görüşüb 

20 Sentyabr 2016 12:48

Nyu-Yorkda keçirilən “Concordia” Sammiti çərçivəsində Bolqarıstan Prezidenti Rosen Plevneliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvlərini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, görüşdə Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak ediblər.

Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək

20 Sentyabr 2016 12:47

Oktyabrın 1-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək. “OLAYLAR”-ın məlumatına görə, aksiya zamanı kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması tələb ediləcək, şəhid Həsən Həsənovun haqqını sorulacaq. Aksiyanın təşkilatçıları Polşada yaşayan və təhsil alan bütün azərbaycanlıları aksiyaya qoşulmağa çağırıblar.

Sabiq müsavatçıdan radikallara irad

20 Sentyabr 2016 12:44

 “23 ildir iqtidara qarşı mübarizə aparırıq və mücadiləmiz bir nəticə vermir. Səbəbi nədir? Bu, 23 ildə bir partiya sədrinə rast gəldinizmi ki, cəmiyyətə deyil, partiya üzvlərinə belə seçilmiş taktikanın səhv olduğunu etiraf etsin? Bir dəfə yalan danışan, yüz dəfə utanmadan danışacaq onu”.

ATƏT-in tədbirində Freedom House təşkilatının Azərbaycana yönəlik təxribat xarakterli bəyanatları pislənilib

20 Sentyabr 2016 12:42

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayıb.