ATƏT-in tədbirində Freedom House təşkilatının Azərbaycana yönəlik təxribat xarakterli bəyanatları pislənilib
Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayıb.
20 Sentyabr 2016 12:42 SiyasətPolşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Zirvə Toplantısı öz işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə ATƏT üzvü olan 57 ölkənin nümayəndələri - səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak ediblər. "Demokratik institutlar və onların fəaliyyəti" mövzusunda keçirilən ilkin müzakirələrdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov Azərbaycanda keçiriləcək Ümumxalq səsverməsi - Referendum barədə danışıb. Azərbaycan xalqının Referendum günü öz siyasi iradəsini ortaya qoyacağını deyən Əhməd Şahidov ABŞ-ın Freedom House təşkilatının son günlər Azərbaycana yönəlik təxribat xarakterli bəyanatlarını da pisləyib və bununla bağlı ABŞ-ın ATƏT-dəki nümayəndəsinə öz iradını bildirib