Onlar qəhrəmanlarımızı tanıdırlar

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən hesab edilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq işlər aparılır.

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman prioritet vəzifələrdən hesab edilir. Təqdirəlayiq haldır ki, bu istiqamətdə istər dövlət, istərsə də qeyri-dövlət təşkilatları səviyyəsində məqsədyönlü tədbirlər həyata keçirilir, müvafiq işlər aparılır.

Bu gün Azərbaycan gənclərinin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində uğurlu fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından biri də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyidir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi 2001-ci ildə təsis olunub və həmin il fevral ayının 14-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi fəaliyyət göstərdiyi 15 il ərzində bir sıra uğurlu layihələrə, tədbirlərə imza atıb ki, həmin layihə və tədbirlər də məhz gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edir. Ümumiyyətlə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin məqsədi Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının qanuni mənafelərini və hüquqlarını müdafiə etməkdir, onların müasir həyat şəraitinə uyğunlaşdırılmasına, sosial-iqtisadi və mənəvi probremlərinin daha səmərəli həll olunmasına köməklik göstərmək, onların əməkdaşlığını və qarşılıqlı əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin fəaliyyəti insan və vətəndaş hüquqlarına riayət olunması, müharibə əlilləri, şəhid ailələri və veteranların maraqlarının müdafiə edilməsi, onların zəruri tələbat və ehtiyaclarının nəzərə alınması, onlara sosial uyğunlaşma tədbirlərində üstünlük verilməsi, Qarabağ müharibəsi əlillərinin, şəhid ailəsi və veteranlarının mövcud problemlərinin aidiyyatı orqanlara və KİV vasitəsi ilə ictimaiyyətə çatdırılması istiqamətləri üzrə qurulub. Birlik dövlətin yaratdığı imkan və güzəştlərdən bütün Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının və digər bu kateqoriyalardan olan şəxslərin bərabər və ədalətli bəhrələnməsi, onların hüquq və mənafelərinin etibarlı şəkildə qorunmasına şəraitin yaranması məqsədilə çalışır.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün qanunvericilikdə və mövcud olan Nizamnamə ilə nəzərdə tutulmuş bütün vasitə və müdafiə üsullarından istifadə etmək, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, veteranlarının hüquq və maraqlarının qorunması üçün dövlət, hakimiyyət və idarəetmə orqanları qarşısında vəsatət qaldırmaq, maddi və mənəvi yardım göstərmək, yerlərdə fəaliyyətini qurmaq üçün şəhər, rayon, qəsəbə və kəndlərdə  yerli filiallarını və nümayəndəliklərini yaratmaq, əlillərin, şəhid ailələrinin, veteranların ictimai mühitə uyğunlaşması üçün elmi-metodiki prinsipləri işləyib hazırlamaq, onlara sosial xidmət göstərilməsinə yardım edilməsi və bu xidmətin keyfiyyətinin yoxlanılması kimi hüquqlara malikdir. Eyni zamanda sosial xidmətlərini həyata keçirən orqanlara, həmçinin, dövlət hakimiyyət və idarəetmə orqanlarının bütün səviyyələrinə sosial xidmətin yaxşılaşdırılması barədə tələb və təklifə müraciət etmək hüququna da malikdir. Bundan başqa təşkilat sosial xidmətlərin göstərilməsi hüquqları, vızifələri və şərtləri barədə məlumat edir və verir, onların  səhhətinı, peşə bacarığına uyğun iş tapmaqda köməklik göstərir, öz məqsədləri və fəaliyyət istiqamətləri barədə sərbəst şəkildə məlumat yayır, seminarlar, kurslar, mühazirələr, dəyirmi masalar təşkil edir və keçirilməsini təmin edir, yarmarkalar, sərgilər konsertlər, ədəbi-bədii gecələr və digər mədəni-kütləvi tədbirlər keçirir, xeyriyyə marafonları təşkil edir. ; Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi operativ telefon köməyi və məsləhət xidmətlərinin işini təşkil edir, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin və veteranlarının emosional, psixoloji, və fiziki bərpası üçün müvafiq tədbirlər həyata keçirir, əlillər, şəhid ailələri, veteranlar ilə əlaqədər qanunvericilkdə nəzərdə tutulmuş qaydada dövlət hakimiyyət və özünü idarəetmə orqanlarının qərarlarının işlənib hazırlanması təşəbbüsü ilə çıxış edir, təkliflər verir, kütləvi informasiya vasitələri təsis edir və nəşriyyat fəaliyyərini həyata keçirir, ictimai həyatın müxtəlif məsələləri üzrə rəyini bildirir, dövlət hakimiyyət orqanları qarşısında müxtəlif təkliflərlə çıxış edir, qeyri-hökumət təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş səlahiyyətlərindən tam həcmdə istifadə edir. Təşkilat Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin ehtiyaclarını nəzərə almaqla öz fəaliyyətini sərbəst şəkildə planlaşdırır  və inkişaf perspektivlərini təyin edir, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nizamnaməsini qəbul edən Qarabağ müharibəsi əlilləri,  şəhid ailələri, müharibə veteranları, və onlara bərabər tutulan şəxslər üzv ola bilər. Bu günlərdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin yaranmasının 15 ili tamam oldu və bu məqsədlə istər birliyin mərkəzi ofisi, istərsə də regional bölmələrində yubiley tədbirləri təşkil olundu. Elə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin 15 illiyi ilə əlaqədar təntənəli yubiley mərasimi keçirilib. Əvvəlcə ictimai birliyin üzvləri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək qarşısına əklil qoyub, Şəhidlər Xiyabanında Vətənin azadlığı, istiqlaliyyəti uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər. Sonra Qarabağ müharibəsinin əlilləri, veteranları və şəhid ailələrinin, eləcə də ölkədə hərbi vətənpərvərlik işinin təşkilində xidmətləri olan bir qrup ictimaiyyət nümayəndəsinə ictimai birliyin təsis etdiyi "Fədai" medalı təqdim edilib. 

Sevda

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31