Gündəm
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
Döyüşlər şiddətləndi: 100 nəfər öldürüldü
Suriyada son iki gün ərzində döyüşlər yenidən şiddətlənib.
Hicran Hüseynova: “Bu gün kişilər komitədən daha çox kömək istəyir, nəinki qadınla
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "İslamda qadın zorakılığına münasibət" adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, ilahiyyatçılar və başqa şəxslər iştirak edib.
Bakıda əməliyyat zamanı ölən 25 yaşlı qadının meyitinin ilkin müayinəsinin nəticələri açıqlanıb
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində Bakıda özəl klinikalardan birində əməliyyat nəticəsində ölən 25 yaşlı Şəhla Əliyevanın meyitinin ilkin müayinəsi aparılıb.
Elmar Məmmədyarov Kosta-Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyası çərçivəsində Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonsales Sanz ilə görüşüb.
İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azərbaycan neftçilərinin pensiya təminatı ildən-ilə güclənir
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1994-cü ilin 20 sentyabr tarixində imzalanan, tarixi və siyasi, beynəlxalq əhəmiyyətinə görə dünyada "Əsrin müqaviləsi" adı ilə tanınmış neft kontraktları ölkəmizin dinamik iqtisadi inkişafına güclü əsas yaratdı. Həmin günlə bağlı olaraq, Ulu öndərimizin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rəhbərliyi "Concordia" Sammitində iştirak edir
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində “Concordia” Sammiti işinə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a bildirilib ki, sammit çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Concordia” və Atlantik Şurasının tərəfdaşlığı ilə “Avropanın gələcəyi” mövzusunda panel iclas keçirilib.
Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək
Sentyabrın 30-da “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, APRA-nın təşkilatçılığı ilə PR mütəxəssislər üçün “Böhrandan əvvəl PR və Kommunikasiya” mövzusunda təlim keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, təlim ABŞ-ın nüfuzlu University of Maryland universitetinin məzunu, PreMark PR və media konsaltinq şirkətinin rəhbəri Azər Nəzərov tərəfindən aparılacaq. Təlim zamanı böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları, mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar, böhrandan sonrakı fəaliyyət planı, nüfuzun bərpası və s. məsələlərə toxunulacaq.
ABŞ-da partlayış törədən şəxs tutulub
ABŞ polisi Nyu-Yorkda və Nyu-Cersi ştatında baş verən partlayışlarda şübhəli bilinən şəxsi həbs edib. Bu barədə NBC New York telekanalı məlumat yayıb. RİA Novosti informasiya agentliyi xəbər verir ki, 28 yaşlı Əhməd Xan Rahami Linden şəhərində (Nyu-Cersi ştatı) polislə atışmadan sonra həbs olunub. Bir qədər əvvəl Nyu-York meri Bill de Blazio şübhəli şəxsin Əfqanıstan əsilli ABŞ vətəndaşı olduğunu bildirmişdi. Amerika telekanallarının yaydıqları kadrlardan görünür ki, huşu üstündə olan və bintlə sarınmış şəxs təcili yardım avtomobilinə qoyulur. Güman edilir ki, Rahami çiynindən yara alıb.
Fransa Senatından şok addım
Fransa Senatının Vətəndaşlıq və Bərabərlik komissiyası “erməni soyqırımı”nın inkar edənlərin məsuliyyətə cəlb olunması haqda qanunun müvafiq maddəsində dəyişiklik aparılması maddəsini qanun layihəsindən çıxarmaq barədə qərar qəbul edib. Fransa Konstitusiyasına əsasən, qanun layihəsi müzakirə olunmaq üçün yenidən Parlamentə qaytarılıb.
Siyavuş Novruzov: Azərbaycanda müxalifət ona görə zəifdir ki...
“Azərbaycanda müxalifətin zəif olmasında iqtidarı günahlandırmaq və bunu hakimiyyətin mənfi cəhəti kimi də qəbul etmək səhv fikirdir. Azərbaycanda bu gün müxalifət ona görə zəifdir ki, hakimiyyət çox yaxşı işləyir, məntiqi olaraq çox güclüdür”.
İtaliyada zəlzələ
İtaliyanın mərkəzində 4,1 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Ekoloji qanunvericiliyin pozulması ilə bağlı 129 akt tərtib edilib
1-15 sentyabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
ABŞ Türkiyəni məyus etdi
ABŞ tərəfindən Ankaranın Fəthullah Gülənin ekstradisiyası barədə tələblərinin yerinə yetirilməməsi Türkiyəni məyus edib.














