Gündəm
Milli Şura ilə Müsavatın "mitinq" davası
Ötən gün sosial şəbəkədə Milli Şura və Müsavat Partiyası üzvləri arasında referendumla bağlı keçiriləcək mitinqlərə görə gərginlik yaşanıb.
8 səfir geri çağırıldı
Türkiyə Xarici İşlər Nazirliyi 8 səfirini geri çağırıb.
"Petkim"də Gülən tərəfdarlarına qarşı əməliyyatlar davam edir
"Petkim" neft-kimya kompleksində Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan Fəthullah Gülən hərəkatına qarşı əməliyyatlar davam etdirilir.
Geosiyasi mübarizə və "rəngli inqilablar": postsovet məkanında yeni vəziyyət
Şübhə yoxdur ki, dünyanın böyük geosiyasi gücləri öz maraqları uğrunda əllərindən gələni edirlər. Son zamanlar onların postsovet məkanı ölkələrində daha da fəallaşdığını təsdiq edən proseslər gedir. Bir sıra dövlətlərdə kadr dəyişiklikləri müşahidə edilir. Onların sırasında Ermənistan daha çox seçilir. Bu ölkədə baş nazir istefa verib və səbəb kimi yeni hökumətin formalaşması zərurətini göstərib. Onu əvəz edən şəxs isə "Qazprom"da çalışıb. Bu kimi proseslərin genişlənib postsovet məkanı dövlətlərini əhatə etməsi barədə dəqiq proqnoz vermək çətindir. Lakin ekspertlər hesab edirlər ki, bütövlükdə region uğrunda böyük güclərin mübarizəsi daha da intensivləşib. Bu prosesin necə sonuclanacağı isə məlum deyil.
Mütəllim Rəhimli: “Arif Hacılı lider kimi qəbul olunmur”
“Ümumiyyətlə müxalifət düşərgəsinin parçalanmasına əsas səbəb kimi AXCP və Müsavat münasibətlərini göstərə bilərik. Bu partiyalar arasında gedən intiriqa və münaqişələr bir çox hallarda xalqın apardığı siyasi, iqtisadi mübarizələrin üzərinə kölgə salıb”. Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.
Prezident Avropa İttifaqı rəsmilərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.
Elman Məmmədov: “Məsuliyyət işğalçı tərəfin üzərində qalır”
“Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasi, onun işğalçı dövlət olması ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xeyli hüquqi əsaslar qazandıran sənədlər əldə edib. Təbii ki, bu Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Həmçinin bütün bunlar diplomatiyamızın uğurlu nəticəsidir”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Futbolu atdı, NAMAZA BAŞLADI
İngiltərənin "Şeffild Uensdey" klubunun futbolçusu Jeremi Helan dinlə məşğul olmaqdan ötrü karyerasını başa vurub.
Azərbaycanda daşqın təhlükəsi var
"Azərbaycanda daşqın təhlükəsi var". Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya deyib ki, ölkə ərazisində intensiv yağışlar davam edərsə, daşqınlar qaçılmazdır. Onun sözlərinə görə, daşqınlar əsasən Böyük Qafqazın cənub yamacındakı Kişçay, Şinçay, Gümrükçay, Dəmiraparançay, Göyçay, Girdimançay, Qudyalçay, Vəlvələçay və Lənkəranın xırda çaylarında olacaq.
Çovdarovla bağlı daha bir şok ittiham: "Evi o qadının adına keçirdim..."
Sabiq MTN generalı Akif Çovdarovun qurbanı olan iş adamlarından biri Şahmar Qurbanovun brilyantlarının əlindən necə alınmasının detalları bəlli olub.
Şok kadrlar: İŞİD ən gənc cəlladını göstərdi
Al Jazeera bildirir ki, İraqın Nineviya vilayətindəki Mosul şəhərindəki bu edamda 15 nəfərin başları bədənlərindən ayrılıb, biri güllələnib. Onların hamısı casusluqda suçlanıblar.
PKK-nın 4 silahlısı zərərsizləşdirildi
İraqın şimalında Kesta kəndinin qərbində terrorçu PKK-ya qarşı keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirlib, biri yaralanıb.
Millət vəkilindən həkim qətllərinə SƏRT ETİRAZ
Düzdür, Azərbaycanda sırf səhlənkarlığa görə insan ölümünə səbəb olan həkimlər mütləq qaydada qanunamüvafiq olaraq cəzalandırılırlar. Ancaq iş o yerə gəlib çatıb ki, hətta qanunda müvafiq dəyişikliklər edilsə, yəni səhlənkarlığa görə cəzaların müddəti qaldırılsa belə, bu, problemin tam həllinə gətirib çıxarmayacaq. Bu məsələnin cəmiyyətdə çox geniş şəkildə təbliği vacibdir. Problemin kökündən həlli üçün artıq hərəkətə keçmək lazımdır.
Bakıda 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək
Bu il paytaxtda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 254 məktəbdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.
İnsan beyni və kompüter arasında qarşılıqlı əlaqə üzrə ilk kosmik eksperiment keçiriləcək
"Tyanqun-2" orbital stansiyasında insan beyni və kompüter arasında kosmik qarşılıqlı əlaqənin yaradılması üzrə ilk sınaq keçiriləcək.














