Şok kadrlar: İŞİD ən gənc cəlladını göstərdi

Al Jazeera bildirir ki, İraqın Nineviya vilayətindəki Mosul şəhərindəki bu edamda 15 nəfərin başları bədənlərindən ayrılıb, biri güllələnib. Onların hamısı casusluqda suçlanıblar.

Al Jazeera bildirir ki, İraqın Nineviya vilayətindəki Mosul şəhərindəki bu edamda 15 nəfərin başları bədənlərindən ayrılıb, biri güllələnib. Onların hamısı casusluqda suçlanıblar.

***

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yaydığı edam videolarına birini də əlavə edib. Yeni videoda terror təşkilatı ən gənc cəlladını nümayiş etdirib.

Milli.Az Al Arabia-ya istinadən bildirir ki, 9 yaşlı sarışın oğlan videoda atasının qarşısında durub. Onların önündə isə əynində narıncı "məhkum" kombinezonu olan şəxs diz çökdürülüb.

Video İraqın Mosul şəhərində çəkilib. Nineviya vilayətindəki bu şəhər İŞİD terrorçularının əlindədir.

"Casusluqda" suçlanan şəxsin arxasında durmuş sarışın oğlan əlindəki Glock tapançasını qaldırır. Onun arxasında durmuş atası oğluna "yardım" edir.

Sarışın oğlan tapançanın lüləsini önündə diz çökdürülmüş adamın başına dirəyərək atəş açıb.

"Siz qayıtsanız, biz üçünü qaytaracağıq" adlı 15 dəqiqəlik video ilə İŞİD Mosul şəhərini azad etməyə çalışan koalisiya qüvvələrinə mesaj yollayıb.

Ötən ay İŞİD 5 oğlanın cəlladlıq etdiyi video yaymış, bu ilin yanvarında isə 5 yaşlı britaniyalı İsa Darenin "Cihadi Cunior" kimi təqdim olunduğu edam videosunu paylaşmışdı.

Fəqət, həmin uşaqlardan heç biri "cəllad" kimi təqdim olunmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31